Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




YEREMYA 12:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Məni isə, ya Rəbb, Sən tanıyırsan, Görürsən və sınayırsan. Ürəyim Səninlədir. Onları qurbanlıq qoyun kimi ayır, Qırğın günü üçün hazırla.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

3 Məni isə, ya Rəbb, Sən tanıyırsan, Görürsən və sınayırsan. Ürəyim Səninlədir. Onları qurbanlıq qoyun kimi ayır, Qırğın günü üçün hazırla.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

3 Мәни исә, ја Рәбб, Сән таныјырсан, Ҝөрүрсән вә сынајырсан. Үрәјим Сәнинләдир. Онлары гурбанлыг гојун кими ајыр, Гырғын ҝүнү үчүн һаэырла.

Ver Capítulo Copiar




YEREMYA 12:3
23 Referencias Cruzadas  

«Yalvarıram, ya Rəbb, yadına sal ki, necə Sənin önündə salehliklə və sidq ürəklə davranmışam, necə Sənin gözündə yaxşı olan işlər etmişəm». Xizqiya acı-acı ağladı.


Bilirəm ki, ey Allahım, Sən ürəyi sınayırsan və düzlüyü sevirsən. Mən bütün bu şeyləri ürəyimin düzlüyü ilə könüllü olaraq təqdim etdim, indi də burada olan xalqının Sənə könüllü nəzir verdiyini sevinclə gördüm.


Amma tutduğum yolu O tanıyır, Məni sınayan zaman qızıl kimi çıxaram.


Sən bilirsən, ya Rəbb! Məni yada sal və qayğıma qal. Məni təqib edənlərdən qisasımı al, Səbirli olduğuna görə məni həlak etmə. Bil ki, Sənin üçün rüsvay oldum.


Mən Sənin xidmətində Çoban olmaqdan boyun qaçırmadım. Bəla gününün gəlməsini istəmədim. Sən bilirsən ki, Ağzımdan nə çıxdısa, Sənin gözünün önündədir.


Qoy məni təqib edənlər utansın, Mənsə utanmayım. Qoy onlar qorxuya düşsün, Mən isə qorxmayım. Qara günü onların başına gətir, Tamamilə qırılana qədər onları qır.


Ancaq, ey Ordular Rəbbi, Sən salehi sınağa çəkirsən, Fikri və ürəyi görürsən. Qoy gözüm Sənin onlardan alacağın Qisası görsün! Çünki işimi Sənə tapşırdım.


Moav məhv olacaq, Onun şəhərlərinə hücum edəcəklər. Ən seçmə döyüşçüləri öldürülməyə gedəcək» Adı Ordular Rəbbi olan Padşah bunu bəyan edir.


Bütün buğalarını kəsin, Sallaqxanaya getsinlər. Vay onların halına! Çünki onların günü, Cəza vaxtı gəldi.


Öldürülənlər Xaldey ölkəsində, Yaralılar Babil küçələrində Yerə səriləcək.


Üçüncü dəfə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» Peter üçüncü dəfə İsanın ona «Məni sevirsənmi?» sualını verməyinə kədərləndi və Ona dedi: «Ya Rəbb, Sən hər şeyi bilirsən, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə.


Siz yer üzündə firavan yaşayıb kef çəkmisiniz. Boğazlanma günündə də özünüzü kökəldirsiniz!


Bu adamlarsa sanki dərrakəsiz, qeyri-iradi surətdə aparılan heyvanlardır ki, tutulub kəsilmək üçün doğulublar. Onlar başa düşmədiyi şeylərə şər atır. Heyvanlar necə kəsilirsə, onlar da elə kəsiləcək.


Síguenos en:

Anuncios


Anuncios