Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




VAİZ 7:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Qəzəblənməyə tələsmə, Çünki qəzəb ağılsızların Ürəyində yuva salar.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

9 Qəzəblənməyə tələsmə, Çünki qəzəb ağılsızların Ürəyində yuva salar.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

9 Гәэәбләнмәјә тәләсмә, Чүнки гәэәб ағылсыэларын Үрәјиндә јува салар.

Ver Capítulo Copiar




VAİZ 7:9
24 Referencias Cruzadas  

Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü.


Avşalom isə Amnona nə yaxşı, nə də yaman bir söz dedi, çünki bacısı Tamarı zorladığına görə Avşalom Amnona nifrət edirdi.


Avşalom nökərlərinə belə əmr etmişdi: «Baxın Amnonun ürəyi şərabla nəşələnəndə sizə “Amnonu vurun!” deyəcəyəm, o zaman onu öldürün, qorxmayın. Sizə əmri verən mən deyiləmmi? Cəsur və igid olun».


Davudun qardaşı Şimanın oğlu Yonadav belə dedi: «Ağam bütün gəncləri, şahzadələri ölmüş zənn etməsin, təkcə Amnon ölüb. Ona görə ki o, ögey bacısı Tamarı zorladığı gündən bəri Avşalom bu niyyətdə idi.


İsraillilər Yəhudalılara cavab verib dedilər: «Padşah bizə sizdən on qat artıq yaxındır. Davudda bizim sizdən də artıq haqqımız var. Axı niyə bizə xor baxırsınız? Padşahı geri qaytarmaqdan ilk bəhs edən biz deyildikmi?» Lakin Yəhudalılar İsraillilərdən daha ötkəm danışırdılar.


Hövsələsiz səfeh-səfeh iş görər, Pisniyyət adama nifrət edilər.


Gec qəzəblənənin böyük dərrakəsi var, Hövsələsizlərdən səfehlik çıxar.


İgid olmaqdan səbirli olmaq yaxşıdır, Nəfsə hakim olmaq şəhəri almaqdan üstündür.


Gördüyün şeylər barədə Dava yaratmağa tələsmə. Sonra qonşun səni utandırsa, nə edərsən?


“Niyə keçən günlər bu gündən yaxşı idi?” demə, Çünki verdiyin sual hikmətli sual deyil.


İndi isə, ya Rəbb, yalvarıram, mənim canımı al, çünki mənim üçün yaşamaqdansa, ölmək yaxşıdır».


Günəş çıxanda Allah isti səmum küləyi yetirdi. Günəş onun başını yandırdı və o taqətdən düşüb özü üçün ölüm diləyərək dedi: «Mənim üçün yaşamaqdansa ölmək yaxşıdır».


Allah Yunusa dedi: «Məgər sənin bu bitkiyə görə hirslənməyin yaxşı işdirmi?» O dedi: «Əlbəttə, yaxşıdır, elə hirsləndim ki, az qala öləm».


Hirodiya Yəhyaya qarşı kin saxlayıb onu öldürmək niyyətinə düşmüşdü, amma bunu edə bilmirdi.


Qız isə çıxıb anasından soruşdu: «Mən nə istəməliyəm?» O cavab verdi: «Vəftiz edən Yəhyanın başını».


Beləliklə, ey sevimli qardaşlarım, qoy hər bir adam eşitməkdə cəld, söz söyləməkdə təmkinli və qəzəblənməkdə də təmkinli olsun.


Síguenos en:

Anuncios


Anuncios