Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




VAİZ 5:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 Var-dövlət çoxaldıqca Onu yeyənlər də çoxalır. Gözləri ilə görməkdən savayı Sahibinə ondan nə fayda var?

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

11 Var-dövlət çoxaldıqca Onu yeyənlər də çoxalır. Gözləri ilə görməkdən savayı Sahibinə ondan nə fayda var?

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

11 Вар-дөвләт чохалдыгҹа Ону јејәнләр дә чохалыр. Ҝөэләри илә ҝөрмәкдән савајы Саһибинә ондан нә фајда вар?

Ver Capítulo Copiar




VAİZ 5:11
16 Referencias Cruzadas  

Onun xatirinə firon İbramla da yaxşı rəftar etdi: İbram qoyun-keçi, mal-qara, erkək və dişi eşşəklər, qullar, qarabaşlar və dəvələr sahibi oldu.


İbram çox varlandı: onun çoxlu sürüsü və qızıl-gümüşü oldu.


Gözünü sərvətə diksən, yox olar, Birdən qanadlanar, uçub qartal tək göyə qalxar.


Ey gənc, cavanlığında sevin, Qoy ürəyin səni cavanlıq günlərində sevindirsin. Ürəyinin istədiyi ilə, Gözlərinin gördüyü ilə get. Ancaq bil ki, Allah Bunların hamısına görə Səni mühakimə edəcək.


Beləcə yüksəlib məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından daha əzəmətli oldum. Hikmətim də özümdə qaldı.


Fəhlə az da yesə, çox da yesə, Yuxusu şirindir. Amma varlı adamın dövləti qoymaz ki, O, rahat yatsın.


Gözün görməsi ürəyin istəməsindən yaxşıdır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.


Haqsızlıqla var-dövlət toplayan adam Özünün yumurtlamadığı yumurtaların üstünə Oturan kəklik kimidir. Ömrünün ortasında var-dövləti əldən gedəcək, Axırda o adam axmaq çıxacaq.


Xalqlar odda yandırılmaq üçün zəhmət çəkir, Ümmətlər boş yerə özünü yorur. Bu, Ordular Rəbbindən deyilmi?


Çünki dünyada olan hər şey – cismani ehtiraslar, acgözlük və dünya malına görə təkəbbür Atadan yox, dünyadan gəlir.


Síguenos en:

Anuncios


Anuncios