Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




VAİZ 4:8 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

8 Tənha bir adam var idi, Onun nə oğlu, nə də qardaşı var idi. Zəhmət çəkməkdən yorulmazdı, Lakin yenə də gözləri mal-dövlətdən doymurdu. Özündən soruşmurdu ki, Kimin üçün bu qədər zəhmət çəkirəm, Kimin üçün özümü zövq almaqdan məhrum edirəm? Bu da puçdur, böyük bir dərddir.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

8 Tənha bir adam var idi, Onun nə oğlu, nə də qardaşı var idi. Zəhmət çəkməkdən yorulmazdı, Lakin yenə də gözləri mal-dövlətdən doymurdu. Özündən soruşmurdu ki, Kimin üçün bu qədər zəhmət çəkirəm, Kimin üçün özümü zövq almaqdan məhrum edirəm? Bu da puçdur, böyük bir dərddir.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

8 Тәнһа бир адам вар иди, Онун нә оғлу, нә дә гардашы вар иди. Эәһмәт чәкмәкдән јорулмаэды, Лакин јенә дә ҝөэләри мал-дөвләтдән дојмурду. Өэүндән сорушмурду ки, Кимин үчүн бу гәдәр эәһмәт чәкирәм, Кимин үчүн өэүмү эөвг алмагдан мәһрум едирәм? Бу да пучдур, бөјүк бир дәрддир.

Ver Capítulo Copiar




VAİZ 4:8
21 Referencias Cruzadas  

Rəbb Allah yenə dedi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam».


Ölüm və Həlak yeri doymadığı kimi İnsanın da gözü doymaz.


Ürəyimdə niyyət etdim ki, göylər altında edilən bütün işləri hikmətlə öyrənib araşdırım. Bu çətin işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib.


Hər şey çətin başa gəlir. Sözlər kifayət etmir, Göz görməkdən doymur, Qulaq da eşitməkdən.


Çünki biri hikmət, bilik və bacarıqla zəhmət çəkir, axırda isə onun payını heç bir zəhmət çəkməmiş başqa adama verməli olur. Bu da puçdur, böyük bir dərddir.


Onun bütün günləri dərd içində, işləri kədər içində keçir. Hətta gecə də ürəyi rahatlanmır. Bu da puçdur.


Mən yenə səma altında puç olan başqa bir şeyi gördüm:


Pul sevən puldan doymaz, Var-dövlət sevən də qazancdan. Bu da puçdur.


Ancaq hamıdan yuxarıda olan padşah ədalətli olsa, hər kəs öz tarlasının bəhrəsindən xeyir götürər.


Yer qalmayana qədər evi evə, Tarlanı tarlaya birləşdirənlərin vay halına! Yaşamağa yer qoymamısınız, Məgər bu ölkədə tək siz yaşayırsınız?


Nə üçün pulunuzu çörək olmayan şeylərə, Qazandığınızı sizi doydurmayan şeylərə xərcləyirsiniz? Məni diqqətlə dinləyin ki, Yaxşı şeylər yeyəsiniz, nemətlərdən dadasınız.


Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm.


Amma Allah ona dedi: “Ay axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq?”


Çünki dünyada olan hər şey – cismani ehtiraslar, acgözlük və dünya malına görə təkəbbür Atadan yox, dünyadan gəlir.


Síguenos en:

Anuncios


Anuncios