Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




VAİZ 3:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Doğulmağın öz vaxtı var, ölməyin öz vaxtı. Əkməyin öz vaxtı, kökündən çıxartmağın öz vaxtı.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

2 Doğulmağın öz vaxtı var, ölməyin öz vaxtı. Əkməyin öz vaxtı, kökündən çıxartmağın öz vaxtı.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

2 Доғулмағын өэ вахты вар, өлмәјин өэ вахты. Әкмәјин өэ вахты, көкүндән чыхартмағын өэ вахты.

Ver Capítulo Copiar




VAİZ 3:2
36 Referencias Cruzadas  

Əhdimi isə gələn il bu vaxt Saranın sənə doğacağı İshaqla saxlayacağam».


İsrailin öləcəyi gün yaxınlaşanda oğlu Yusifi çağırıb dedi: «Əgər gözündə lütf tapmışamsa, əlini budumun altına qoy və and iç ki, xeyirxahlıq və sədaqət göstərib məni Misirdə basdırmayacaqsan,


Rəbbin adından qurbangaha müraciətlə dedi: «Qurbangah, ay qurbangah! Rəbb belə deyir: “Budur, Davudun nəslində bir oğlan uşağı doğulacaq, onun adı Yoşiya olacaq. O sənin üstündə, orada buxur yandıran səcdəgahların kahinlərini qurban edib insan sümükləri yandıracaq”».


Elişa dedi: «Bir ildən sonra bu fəsildə qucağında bir oğlun olacaq». Qadın dedi: «Yox, ey ağam Allah adamı, kənizinə yalan söyləmə!»


İnsan ölsə, dirilərmi? Növbəm çatanacan Bu əzabdan qurtulmaq üçün hər gün gözləyəcəyəm.


İnsana ömür günləri müəyyən edilib, Aylarının sayını Sən bilirsən, Ömrü üçün müəyyən hədd qoymusan, Bu həddi keçən yoxdur.


İnsanın yer üzündəki həyatı ağır xidmət deyilmi? Keçirdiyi günlərin muzdur ömründən fərqi nədir?


Əvvəlcə çöldəki işini qurtar, Zəmi sal, sonra evini tik.


Əkinçi əkin əkmək üçün durmadan yeri şumlayarmı, Torpaqda şırım açıb malalayarmı?


O günlərdə Xizqiya ölümcül xəstələndi. Peyğəmbər Amots oğlu Yeşaya onun yanına gəlib dedi: «Rəbb belə deyir: “Evin üçün vəsiyyət et, çünki xəstəlikdən sağalmayıb öləcəksən”».


«Qayıt, Xizqiyaya söylə ki, baban Davudun Allahı Rəbb belə deyir: “Sənin duanı eşitdim, göz yaşlarını gördüm. Bax sənin ömrünü on beş il artırıram.


«Şənlən, ey sonsuz, qısır qadın! Sevinclə mahnı oxu, Ey doğuş ağrısı çəkməyən qadın! Çünki atılmış qadının övladları Ərli qadının övladlarından çox olacaq», Bunu Rəbb deyir.


Bu gün səni millətlər və ölkələr üzərinə təyin etdim ki, onları kökündən yıxıb dağıdasan, qırıb məhv edəsən, əkib tikəsən».


Sən ona söylə ki, Rəbb belə deyir: “Bax Mən tikdiyimi dağıdacağam, əkdiyimi çıxaracağam, özü də bütün ölkədə.


Bəşər Oğlu mələklərini göndərəcək, onlar da pis yola çəkən bütün şeyləri və qanunsuzluq edənləri Onun Padşahlığından toplayacaq


Amma İsa cavab verib dedi: «Səmavi Atamın əkmədiyi hər bitki kökündən qoparılacaq.


Mələk isə ona dedi: «Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhya qoy.


Budur, vaxtında həyata keçəcək sözlərimə inanmadığına görə bu yerinə yetən günədək sən lal olub danışa bilməyəcəksən».


Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir.


Qadın doğuş zamanı kədərlənər, çünki vaxtı çatıb. Amma uşağı doğandan sonra dünyaya bir insan gətirməyinin sevincinə görə çəkdiyi ağrını yaddan çıxarar.


Bu sözlərə görə İsanı tutmağa çalışdılar, lakin heç kəs Ona toxunmadı, çünki vaxtı hələ çatmamışdı.


Allahın İbrahimə bəyan etdiyi vədin həyata keçdiyi vaxt yaxınlaşanda Misirdəki xalqımızın sayı bir xeyli çoxalmışdı.


Bu dövrdə son dərəcə gözəl bir körpə olan Musa doğuldu. O, üç ay atasının evində bəsləndi.


Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi ki,


Rəbbin sözünə görə qulu Musa elə orada – Moav torpağında öldü.


Necə müəyyən edilmişdir ki, insanlar bir dəfə ölüb ondan sonra mühakimə olunsunlar,


Toxlar azuqə üçün muzdla işlərkən Aclar doyuzdurulur. Sonsuz qadın yeddi övlad doğur, Çoxuşaqlı qadın isə tənha qalır.


Síguenos en:

Anuncios


Anuncios