Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




VAİZ 10:12 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

12 Hikmətli adamın ağzından lütfkar sözlər çıxar, Lakin ağılsız öz dili ilə həlakına yol açar.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

12 Hikmətli adamın ağzından lütfkar sözlər çıxar, Lakin ağılsız öz dili ilə həlakına yol açar.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

12 Һикмәтли адамын ағэындан лүтфкар сөэләр чыхар, Лакин ағылсыэ өэ дили илә һәлакына јол ачар.

Ver Capítulo Copiar




VAİZ 10:12
36 Referencias Cruzadas  

Davud Amaleqliyə dedi: «Qoy qanın öz başına dönsün! Çünki sənin əleyhinə “mən Rəbbin məsh olunmuş padşahını öldürdüm” deyən ağzın şahidlik etdi».


Ağzım ürəkləndirici sözlər deyərdi, Dilimdən təsəlliverici sözlər çıxarardım, Mən sizi ovudardım.


Göz vuran başına bəla açar, Səfeh boşboğazlığı üzündən itib-batar.


Qəlbən hikmətli olan əmrləri qəbul edər, Səfeh boşboğazlığı üzündən itib-batar.


Düşünmədən danışanın dili qılınc kimi yaralar, Hikmətlinin dili isə insanları sağaldar.


Hikmətlinin dili biliyi mədh edər, Axmaqların dilindən səfehlik tökülər.


İnsan münasib cavab versə, şad olar, Sözü yerində demək nə yaxşıdır!


Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran qurtuluş tapmaz.


Ürək təmizliyini sevən, Dilindən lütfkar sözlər tökülən padşahın dostudur.


Sərxoş tikanlı budağı əlində tutduğu kimi Axmaq da məsəl çəkər.


Ağzını açanda hikmət axır, Dilindən sədaqət təlimi çıxır.


Hikmətlilərin sözləri çoban çubuğu kimi, topladıqları sözləri bərk vurulmuş mıxlar kimidir; o sözlər bir Çoban tərəfindən verilir.


Ağılsız adam əlini qoynuna qoyur, Öz canını üzür.


Dilin tələsməsin, Allahın hüzurunda söz deməyə Ürəyin tələsməsin. Çünki Allah göydədir, sən yerdə. Buna görə də az danış.


Qoyma sözlərin səni günaha batırsın. Allahın elçisinə demə ki, bu, kiçik səhv idi. Nə üçün Allah sənin sözünə qəzəblənsin və əlinin zəhmətini yox etsin?


Hikmətli adamın pıçıltı ilə dediyi sözlər Ağılsızların içindəki başçının qışqırtısından yüksəkdir.


Yaxşı adam yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adam isə pislik xəzinəsindən pis şeylər çıxarır.


Ağası ona dedi: “Ay pis qul, səni öz ağzından çıxan sözlərlə mühakimə edəcəyəm! Mənim qəddar bir adam olduğumu, özüm qoymadığımı götürdüyümü və özüm əkmədiyimi biçdiyimi bilirdinmi?


Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi. Onlar «Məgər bu, Yusifin Oğlu deyilmi?» deyirdi.


Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin.


Sözünüz duzlu və hər zaman lütflə dolu olsun. Beləcə hər adama necə cavab vermək lazım olduğunu biləsiniz.


Síguenos en:

Anuncios


Anuncios