Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




SEFANYA 3:7 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

7 Mən dedim: “Xalqım Məndən qorxar, İbrət dərsi alar”. Onda məskənləri dağıdılmaz, Verdiyim cəzaların hamısı üzərlərinə gəlməz, Lakin onlar hər cür pozğun iş görməkdən zövq aldı».

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

7 Mən dedim: “Xalqım Məndən qorxar, İbrət dərsi alar”. Onda məskənləri dağıdılmaz, Verdiyim cəzaların hamısı üzərlərinə gəlməz, Lakin onlar hər cür pozğun iş görməkdən zövq aldı».

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

7 Мән дедим: “Халгым Мәндән горхар, Ибрәт дәрси алар”. Онда мәскәнләри дағыдылмаэ, Вердијим ҹәэаларын һамысы үэәрләринә ҝәлмәэ, Лакин онлар һәр ҹүр поэғун иш ҝөрмәкдән эөвг алды».

Ver Capítulo Copiar




SEFANYA 3:7
25 Referencias Cruzadas  

Allah yer üzündəki insanların daha da pozğunlaşdığını gördü, çünki dünyadakı bütün bəşər yolunu azmışdı.


Rəbb Aşşur padşahının ordu başçılarını onların üzərinə göndərdi. Onlar Menaşşeyə qandal və tunc zəncir vurub onu əsir aldılar və Babilə apardılar.


Öyüdlərini eşitdirər, Pislikdən dönmələrini əmr edər.


Nəsihətə qulaq as, tərbiyəni qəbul et, Bunun nəticəsində hikmətli olarsan.


Bağım üçün daha nə etməliyəm? Üzümlüyün barını gözləyərkən Axı nə üçün bağım cır üzüm gətirsin?


Rəbb dedi: «Əlbəttə, onlar Mənim xalqımdır, Məni aldatmayan övladlarımdır». Beləcə onlara Qurtarıcı oldu.


Ancaq onlar eşitmədi, qulaq asmadı. İnadkarlıq edərək Məni eşitmədilər və nəsihət almaq istəmədilər”.


Onlar sizə belə söylədi: “İndi öz pis yolunuzdan, pis əməllərinizdən dönün ki, Rəbbin əbədi olaraq sizə və atalarınıza verdiyi torpaqda yaşayasınız.


Bəlkə Yəhuda xalqı başına gətirməyi niyyət etdiyim bütün fəlakətlər barəsində xəbər alanda öz pis yolundan dönər, Mən də onların təqsirlərini və günahlarını bağışlayaram».


Yeremya Sidqiyaya dedi: «İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Əgər sən Babil padşahının başçılarına təslim olsan, canın qurtaracaq və bu şəhər də odda yanmayacaq, ailənlə birgə sağ qalacaqsan.


Ey Yerusəlim, ibrət al, Yoxsa səndən üz döndərərəm, Səni xarabaya, əhalisiz torpağa çevirərəm».


o zaman burada əbədilik atalarınıza verdiyim torpaqda sizi yaşamağa qoyacağam.


Mən diqqət edib qulaq asdım: Heç kəs düz danışmır, “Nə etdim?” deyib öz pisliyindən tövbə etmir. Hər biri döyüşə atılan at kimi Öz yoluna tərəf dönür.


Givea günlərində olduğu kimi Onlar böyük pozğunluğa düçar oldu. Allah onların təqsirlərini yada salacaq, Günahları üçün onları cəzalandıracaq.


Söz dinləmədi, ibrət dərsi almadı, Rəbbə güvənmədi, Allahına yaxınlaşmadı.


yoldan azıb özünüz üçün kişi və yaxud qadınabənzər,


Bu əmrin məqsədi pak ürəkdən, təmiz vicdandan və riyasız imandan gələn məhəbbətdir.


Bəziləri bunu gecikmə sayar, amma Rəbb vədini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbir edir. Çünki O heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir.


Síguenos en:

Anuncios


Anuncios