Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




RUT 1:17 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

17 Sən harada öləcəksənsə, Mən də orada öləcəyəm, Orada da basdırılacağam. Əgər ölümdən başqa bir şey Məni səndən ayırarsa, Qoy Rəbb mənə beləsini və Bundan betərini etsin».

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

17 Sən harada öləcəksənsə, Mən də orada öləcəyəm, Orada da basdırılacağam. Əgər ölümdən başqa bir şey Məni səndən ayırarsa, Qoy Rəbb mənə beləsini və Bundan betərini etsin».

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

17 Сән һарада өләҹәксәнсә, Мән дә орада өләҹәјәм, Орада да басдырылаҹағам. Әҝәр өлүмдән башга бир шеј Мәни сәндән ајырарса, Гој Рәбб мәнә беләсини вә Бундан бетәрини етсин».

Ver Capítulo Copiar




RUT 1:17
18 Referencias Cruzadas  

Yettay padşaha cavab verdi: «Var olan Rəbbə və ağam padşahımın canına and olsun, padşahım harada olsa, mütləq bu qulun ölsə də, qalsa da, orada olacaq».


Amasaya da deyin ki, məgər sən də mənim ətimdən, sümüyümdən deyilsənmi? Daim mənim qarşımda Yoavın yerinə ordu başçısı olmasan, qoy Allah mənə beləsini və bundan betərini etsin».


Bütün xalq hələ gündüz ikən Davudun yanına gəlib onu çörək yeməyə məcbur edirdi. Lakin Davud and içib dedi: «Əgər gün batmazdan əvvəl çörək yaxud başqa bir şey dilimə vursam, qoy Allah mənə beləsini və bundan betərini etsin!»


Rəbb padşahlığı Şaul nəslindən alıb Dandan Beer-Şevaya qədər İsraildə Davudun taxtını quracağına and içdi.


Onu basdırandan sonra qoca peyğəmbər oğullarına dedi: «Öləndə məni Allah adamının basdırıldığı qəbirdə basdırın, sümüklərimi onun sümüklərinin yanına qoyun.


İzevel İlyasın yanına qasid göndərib dedi: «Sabah bu vaxt mən səni onların gününə salmasam, qoy allahlar mənə beləsini və bundan betərini etsin».


Padşah Süleyman Rəbbin haqqı üçün and içərək dedi: «Əgər Adoniya bu sözü öz həyatı bahasına söyləməmişsə, Allah mənə beləsini və bundan betərini etsin.


Ben-Hadad ona xəbər göndərib dedi: «Əgər Samariya torpağı mənim dalımca gedən qoşunun ovuclarını doldurmağa bəs edərsə, allahlar mənə beləsini və bundan betərini etsin».


Padşah dedi: «Əgər bu gün Şafat oğlu Elişanın başı çiyni üstündə qalsa, Allah mənə beləsini və bundan betərini eləsin».


O oraya çatanda Allahın lütfünün bəhrəsini görüb sevindi. O hamını həvəsləndirirdi ki, can-dildən Rəbbə bağlı qalsınlar.


Öz canıma heç əhəmiyyət vermirəm, onu qiymətləndirmirəm. Mənə kifayətdir ki, yolumu – Rəbb İsanın mənə tapşırdığı kimi Allahın lütfünü göstərən Müjdəni şəhadətetmə xidmətini başa çatdırım.


Rut dedi: «Məcbur etmə ki, səni tərk edib Səninlə getməyim. Bil ki, hara getsən, ora gedəcəyəm, Harada qalsan, orada qalacağam; Xalqın xalqım olacaq, Allahın Allahım.


Bu körpə səni canlandıracaq və qoca vaxtında səni saxlayacaq. Çünki onu sənə yeddi oğuldan daha yaxşı olan, səni sevən gəlinin doğmuşdur».


Şaul dedi: «Yonatan, əgər mən səni öldürməsəm, Allah mənə beləsini və bundan betərini etsin! Sən mütləq ölməlisən».


Yox, əgər sənə pislik etmək atamın xoşuna gəlirsə və mən bunu sənə deməsəm, salamat gedəsən deyə səni yola salmasam, Rəbb Yonatana beləsini və bundan betərini etsin. Rəbb necə atamla oldusa, qoy səninlə də elə olsun.


Əgər səhərədək onun bütün divar isladanlarından – kişilərindən birini belə, sağ buraxsam, qoy Allah Davudun düşmənlərinə beləsini və bundan betərini etsin».


Eli ondan soruşub dedi: «Rəbb sənə nə dedi? Rica edirəm, məndən gizlətmə. Əgər sənə dediklərindən birini belə, məndən gizlətsən, Allah sənə beləsini və bundan betərini etsin».


Síguenos en:

Anuncios


Anuncios