Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




MƏRSİYƏLƏR 2:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Qızğın qəzəbi ilə İsrailin qüvvəsini kökündən kəsdi, Düşmən önündə onun üstündən sağ əlini götürdü. Sanki Yaqub nəslini hər tərəfdən oda saldı Göndərdiyi atəşlə yandırıb-yaxdı.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

3 Qızğın qəzəbi ilə İsrailin qüvvəsini kökündən kəsdi, Düşmən önündə onun üstündən sağ əlini götürdü. Sanki Yaqub nəslini hər tərəfdən oda saldı Göndərdiyi atəşlə yandırıb-yaxdı.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

3 Гыэғын гәэәби илә Исраилин гүввәсини көкүндән кәсди, Дүшмән өнүндә онун үстүндән сағ әлини ҝөтүрдү. Санки Јагуб нәслини һәр тәрәфдән ода салды Ҝөндәрдији атәшлә јандырыб-јахды.

Ver Capítulo Copiar




MƏRSİYƏLƏR 2:3
25 Referencias Cruzadas  

Onlar Məni tərk etdilər və başqa allahlara buxur yandıraraq bütün əməlləri ilə Məni qəzəbləndirdilər. Buna görə də bu yerə qarşı qəzəbim töküləcək və sönməyəcək”.


Əynimə çul tikmişəm, Qürurumu yerə atmışam.


Güclü adam kətan qırıntısına oxşayacaq, Gördüyü iş qığılcım kimi olacaq, İkisi birlikdə yanacaq, Onları söndürən olmayacaq.


Buna görə alovlu qəzəbini, döyüşün şiddətini üstlərinə yağdırdı. Od onları dövrəyə aldı, Amma onlar anlamadılar, Onları yandırdı, Amma ona ciddi fikir vermədilər.


Rəbb bəyan edir: “Mən sizi əməllərinizin Bəhrəsinə görə cəzalandıracağam. Meşələrinə elə od vuracağam ki, Ətrafındakı hər şeyi yandırıb-yaxacaq”».


Ey Yəhuda adamları və Yerusəlimdə yaşayanlar, Özünüzü Rəbb üçün sünnət edin, Ürəyinizin sünnət ətini kəsin. Yoxsa pis əməllərinizə görə Qəzəbim od kimi püskürüb yandıracaq, Söndürən olmayacaq.


Moavın buynuzu kəsildi, qolu qırıldı» Rəbb belə bəyan edir.


Buna görə də Xudavənd Rəbb belə deyir: “Bax bu yerin, insanların, heyvanların, çöl ağaclarının, torpağın məhsulu üzərinə qəzəbim və qızğınlığım töküləcək, alışıb sönməyəcək”.


Yuxarıdan od göndərdi, Sümüklərimədək bu odu yeritdi. Ayaqlarım üçün tor qurdu, Məni geri qaytardı. Gün boyu məni yalqız qoydu, taqətdən saldı.


Rəbb hiddətini boşaltdı, Qızğın qəzəbini yağdırdı, Sionda alovunu alışdırdı, Onu təməlinədək yandırıb-yaxdı.


Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Öz qəzəbimlə tufan küləyi əsdirib, Öz hiddətimlə şiddətli yağış və dolu yağdıracağam ki, divar qızğınlığımla məhv olsun.


Şeypur çalındı və hər şey hazırlandı, ancaq müharibəyə gedən yoxdur. Çünki qəzəbim bütün camaatın üstünə yağacaq.


Onun qəzəbinə qarşı kim dura bilər? Qızğın hiddətinə kim tab gətirər? Rəbbin qeyzi od kimi tökülər, Qarşısında qayalar dağılar.


Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq.


O, qulu Davudun nəslindən Bizə qüdrətli Xilaskar yetirdi.


Öz xırmanını sovurmaq və taxılı anbarına toplamaq üçün kürəyi əlində hazırdır. Küləşi isə sönməz odda yandıracaq».


Çünki qəzəbimdən bir od alovlandı, Ölülər diyarı dibinəcən yandı. Dünyanı və nemətlərini yeyib qurtaracaq, Dağların bünövrəsi odlanıb tutuşacaq.


Síguenos en:

Anuncios


Anuncios