Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




MƏRSİYƏLƏR 1:7 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

7 Yerusəlim sıxıntı içində avara gəzərkən Ötən günlərdə olan bütün sərvətini xatırlayır, Xalqı düşmənlərinə təslim olanda köməyinə çatan yoxdur. Düşmənləri ona baxır, Yıxılmağına gülür.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

7 Yerusəlim sıxıntı içində avara gəzərkən Ötən günlərdə olan bütün sərvətini xatırlayır, Xalqı düşmənlərinə təslim olanda köməyinə çatan yoxdur. Düşmənləri ona baxır, Yıxılmağına gülür.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

7 Јерусәлим сыхынты ичиндә авара ҝәэәркән Өтән ҝүнләрдә олан бүтүн сәрвәтини хатырлајыр, Халгы дүшмәнләринә тәслим оланда көмәјинә чатан јохдур. Дүшмәнләри она бахыр, Јыхылмағына ҝүлүр.

Ver Capítulo Copiar




MƏRSİYƏLƏR 1:7
23 Referencias Cruzadas  

«Kaş ki ötən aylar geri dönəydi – Allahın məni qoruduğu,


Müqəddəs şəhərlərin səhraya, Sion çöllüyə döndü, Yerusəlim viran qaldı.


Atalarımızın Sənə həmd etdikləri yer – Müqəddəs, şanlı məbədimiz yandı, Gözəl binalarımız xaraba qaldı.


«İsrailin Allahı Rəbb belə deyir: “Məndən soruşmaq üçün sizi yanıma göndərən Yəhuda padşahına söyləyin ki, sizə kömək etməyə çıxan fironun ordusu öz ölkəsinə – Misirə qayıdacaq.


Bəs İsrail sənə masqara olmadımı? Məgər o, oğrular arasında tutuldu ki, ondan danışanda həqarətlə başını yelləyirsən?


Hər an boş yerə yardım gözləməkdən Gözlərimiz taqətdən düşdü, Bizi qurtara bilməyən milləti Hey gözlədik, gəlmədi.


Ammon övladlarına söylə ki, Xudavənd Rəbbin sözünü dinləsinlər. Xudavənd Rəbb belə deyir: “Siz Müqəddəs məkanım ləkələnəndə, İsrail torpağı viran ediləndə və Yəhuda nəsli sürgünə gedəndə ‹nə yaxşı› dediniz.


Xudavənd Rəbb belə deyir: “İndi ki siz əllərinizi bir-birinə vurub ayaqlarınızı yerə döydünüz və İsrail torpağını təhqir edib fəlakətinə bütün qəlbinizlə sevindiniz,


Oynaşlarının dalınca gedəcək, Ancaq onlara çatmayacaq. Onları axtaracaq, Ancaq tapmayacaq. O zaman deyəcək: “Qoy öz əvvəlki ərimin yanına qayıdım, Çünki o vaxt halım indikindən yaxşı idi”.


Amma indi çox millətlər Sənə qarşı birləşib belə deyir: «Qoy Sion rüsvay olub murdarlansın! Bunu öz gözümüzlə görək!»


Onda oğlan özünə gəlib dedi: “Atamın nə qədər muzdlu işçisi var, hamısının da doyunca yeməyə çörəyi var. Mənsə burada acından ölürəm!


Lakin İbrahim dedi: “Oğlum, yadına sal ki, sən öz həyatında yaxşı şeyləri, Lazar isə pis şeyləri almışdır. İndi isə o, təsəlli tapır, amma sən əzab çəkirsən.


Síguenos en:

Anuncios


Anuncios