Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




MƏRSİYƏLƏR 1:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Siona gedən yollar yas tutur, Çünki bayramlarına gələn yoxdur, Buranın bütün darvazaları kimsəsiz qalıb, Kahinləri ah-zar edir. Bu şəhərin qızları əzab-əziyyət çəkir, Buranın aqibəti acıdır,

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

4 Siona gedən yollar yas tutur, Çünki bayramlarına gələn yoxdur, Buranın bütün darvazaları kimsəsiz qalıb, Kahinləri ah-zar edir. Bu şəhərin qızları əzab-əziyyət çəkir, Buranın aqibəti acıdır,

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

4 Сиона ҝедән јоллар јас тутур, Чүнки бајрамларына ҝәлән јохдур, Буранын бүтүн дарваэалары кимсәсиэ галыб, Каһинләри аһ-эар едир. Бу шәһәрин гыэлары әэаб-әэијјәт чәкир, Буранын агибәти аҹыдыр,

Ver Capítulo Copiar




MƏRSİYƏLƏR 1:4
19 Referencias Cruzadas  

Yerusəlimin darvazaları Nalə çəkib yas tutacaq, Bu şəhərsə kimsəsiz qadın tək Quru yerdə oturacaq.


Dinləyin, bir xəbər yayılır: Şimal ölkəsindən böyük gurultu gəlir ki, Yəhuda şəhərlərini xarabalığa, Çaqqal yuvasına çevirsin.


«Yəhuda yas tutur, Onun şəhər darvazaları qəmli görünür. Adamlar qara geyinmişlər, Yerusəlimin fəryadı ucalmışdır.


«Yerusəlimi daş qalaqlarına, Çaqqal yuvasına döndərəcəyəm. Yəhuda şəhərlərini Sakinsiz bir xarabalığa çevirəcəyəm» deyir Rəbb.


Necə ah-zar çəkdiyimi eşidiblər, Amma mənə təsəlli verən yoxdur, Düşmənlərim bu əziyyətimdən xəbər tutdu, Onlar başıma gələnlərə sevinir, Elan etdiyin günü yetir! Qoy onlar mənim vəziyyətimə düşsün.


Məcburiyyət qarşısında cavanlar əl dəyirmanını çəkir, Oğlanlar odun yükləri altında səndələyir.


Şəhər darvazasında ağsaqqallar oturmur, Gənclər çalğı alətlərində çalmır.


Baal bütlərinə buxur yandırdığı günlər üçün Onu cəzalandıracağam. O vaxt halqalar və cəvahiratla özünü bəzəyərək Oynaşlarının dalınca getmiş, Məni isə unutmuşdu» Rəbb belə bəyan edir.


Üstünüzə vəhşi heyvanlar göndərəcəyəm. Onlar övladlarınızı öldürüb, ev heyvanlarınızı parçalayacaq. Buna görə sayınız elə azalacaq ki, yollarınız viran qalacaq.


Buna görə də sizin üzünüzdən Sion tarla kimi şumlanacaq, Yerusəlim daş qalağına, Məbədin tikildiyi dağ Meşəli təpələrə çevriləcək.


Síguenos en:

Anuncios


Anuncios