Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




MİKEYA 4:13 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

13 Rəbb belə deyir: «Ey Sion qızı, Qalx, xırmandakı taxılını döy! Səni dəmir buynuzlu buğa kimi, Tunc dırnaqlı öküz kimi güclü edəcəyəm. Sən çox xalqları əzəcəksən, Onların qənimətini Mənə – Rəbbə, Mal-dövlətini bütün yer üzünün Sahibinə həsr edəcəksən».

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

13 Rəbb belə deyir: «Ey Sion qızı, Qalx, xırmandakı taxılını döy! Səni dəmir buynuzlu buğa kimi, Tunc dırnaqlı öküz kimi güclü edəcəyəm. Sən çox xalqları əzəcəksən, Onların qənimətini Mənə – Rəbbə, Mal-dövlətini bütün yer üzünün Sahibinə həsr edəcəksən».

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

13 Рәбб белә дејир: «Еј Сион гыэы, Галх, хырмандакы тахылыны дөј! Сәни дәмир бујнуэлу буға кими, Тунҹ дырнаглы өкүэ кими ҝүҹлү едәҹәјәм. Сән чох халглары әэәҹәксән, Онларын гәнимәтини Мәнә – Рәббә, Мал-дөвләтини бүтүн јер үэүнүн Саһибинә һәср едәҹәксән».

Ver Capítulo Copiar




MİKEYA 4:13
28 Referencias Cruzadas  

O vaxt çaylarla bölünmüş ölkə Ucaboylu, parlaq dərili xalq, Hər yanda qorxu doğuran xalq Güclü və işğalçı millət Ordular Rəbbinə, Ordular Rəbbinin adını qoyduğu yerə – Sion dağına xərac gətirəcək.


Ey xalqım, ey xırmanda buğda kimi döyülmüş xalqım! İsrailin Allahı Ordular Rəbbindən eşitdiyimi sizə bildirmişəm.


Amma Surun ticarətdən gələn gəliri Rəbbə həsr olunacaq. Ticarətdən qazanılmış pullar xəzinələrə qoyulmayacaq, gizlədilməyəcək. Bu gəlir Rəbbin hüzurunda gəzən adamların yeməyini və gözəl geyimini təmin edəcək.


Onların oxları iti, yayları da dartılmışdır. Atların dırnaqları çaxmaq daşına bənzər, Döyüş arabalarının təkərləri qasırğa kimidir.


«Sən mənim toppuzum, döyüş silahımsan, Səninlə millətləri qırıram, Səninlə padşahlıqları məhv edirəm.


İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Vaxtı gələndə xırman yeri necə tapdalanırsa, Babil xalqı da elə olacaq. Qısa müddətdən sonra Onun da biçin zamanı gələcək».


O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq.


Efrayim əhliləşmiş, Taxıl döyməyi sevən düyəyə bənzər. Mən onun incə boynunu əsirgədim. İndi isə Efrayimi sürdürəcəyəm. Yəhuda yer şumlasın, Yaqub isə dırmıq çəksin.


Yaqub nəslinin sağ qalanları Çoxlu xalqlar arasında Heç kimi gözləmədən, Bəşər övladlarından asılı olmadan Rəbbin göndərdiyi şeh tək, Ot üzərinə tökülən leysan kimi olacaq.


Yer üzündə qəzəb içində gəzdin, Millətləri hiddətlə tapdaladın.


O gün Yerusəlimi bütün xalqlar üçün ağır bir daş edəcəyəm. Onu qaldıranların hamısı ağır yaralanacaq. Dünyanın bütün millətləri ona qarşı birləşəcək.


O gün Yəhuda başçılarını odunların arasında yanan bir manqal, dərzlərin ortasında alovlanan bir məşəl kimi edəcəyəm. Hər tərəfdə – sağda və solda olan bütün xalqları yandırıb məhv edəcəklər. Yerusəlimlilər isə yenə öz şəhərlərində yaşayacaq.


O mənə dedi: «Bunlar bütün yer üzünün Sahibinin önündə duran məsh olunmuş iki nəfərdir».


Mələk mənə cavab verdi: «Bunlar bütün yer üzünün Sahibinə xidmət etdikləri yerdən çıxan göylərin dörd səmtinin ruhudur.


Hər həftənin birinci günü hamınız qazancınıza görə müəyyən miqdarda pul ayırıb saxlayın ki, mən yanınıza gələndə ianə yığmağa ehtiyac qalmasın.


Darvazalarının cəftələri dəmirdən, tuncdan olsun, Qüvvətin ömrün boyu qurtarmasın!


Ancaq bütün qızıl və gümüş, tunc və dəmir əşyalar Rəbbə məxsus olduğuna görə Rəbbin xəzinəsinə daxil olacaq».


Síguenos en:

Anuncios


Anuncios