Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




MİKEYA 3:8 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

8 Mən isə Yaqub övladlarına üsyankarlığını, İsrailə günahını bildirmək üçün Qüvvətlə, Rəbbin Ruhu ilə, Ədalət və cəsarətlə qurşanıram.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

8 Mən isə Yaqub övladlarına üsyankarlığını, İsrailə günahını bildirmək üçün Qüvvətlə, Rəbbin Ruhu ilə, Ədalət və cəsarətlə qurşanıram.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

8 Мән исә Јагуб өвладларына үсјанкарлығыны, Исраилә ҝүнаһыны билдирмәк үчүн Гүввәтлә, Рәббин Руһу илә, Әдаләт вә ҹәсарәтлә гуршанырам.

Ver Capítulo Copiar




MİKEYA 3:8
28 Referencias Cruzadas  

Çünki sinəm sözlə doludur, Köksümdəki ruh məni sıxır,


«Avazla çığırın, çəkinməyin, Səsinizi şeypur səsi kimi ucaldın, Xalqıma üsyankarlığını, Yaqub nəslinə günahlarını bildirin!


Xudavənd Rəbbin Ruh üzərimdədir, Çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün, Əsirlərə azadlıq, Dustaqlara sərbəstlik elan etmək üçün,


Rəbbin lütf ilini, Allahımızın qisas gününü bəyan etmək üçün, Yaslıların hamısına təsəlli vermək üçün,


Budur, Mən bu gün səni bütün ölkənin – Yəhuda padşahlarının, bu yerin başçılarının, kahinlərinin və ölkə xalqının əleyhinə qalalı şəhər, dəmir sütun və tunc divar etdim.


Mən fikirləşdim: «Daha Onu yada salmayacağam, Onun adı ilə danışmayacağam». Onda Onun sözü sümüklərimdə həbs edilən, Ürəyimdə yanan bir od oldu. Onu içimdə saxlamaqdan yoruldum, Artıq bunu edə bilmirəm.


Buna görə də mən Rəbbin qəzəbi ilə dolmuşam, Özümü ələ almaqdan yorulmuşam. «Qəzəbini küçədə olan uşaqların, Yığılan cavanların üzərinə tök. Bəli, ər də, arvad da, Qoca da, yaşa dolmuş adam da ələ keçəcək.


Sənin üçün görülən görüntülər yalan oldu, Peyğəmbərlərin səni aldatdı. Firavanlığını sənə qaytarmaq üçün Təqsirlərini üzə çıxartmadılar, Amma bu peyğəmbərlər səni azdırdı, Sənin üçün yalandan görüntülər gördü.


«Ey bəşər oğlu, murdar əməllərini Yerusəlimə bildirib söylə ki,


Onları mühakimə edəcəksənmi, ey bəşər oğlu, mühakimə edəcəksənmi? Onlara atalarının iyrənc işlərini bildirib söylə ki,


«Sən ey bəşər oğlu, mühakimə edəcəksənmi, qan tökən şəhəri mühakimə edəcəksənmi? Gəl bütün iyrənc işlərini ona bildir.


Rəbb mənə dedi: «Ey bəşər oğlu, Oholanı və Oholivanı mühakimə edəcəksənmi? Elə isə iyrənc işlərini özlərinə bildir.


Ruh məni yuxarı qaldırdı və götürüb apardı. Mən də kədərli və acıqlı halda getdim. Rəbb əlini mənim üzərimdə möhkəm tutmuşdu.


Sən ey bəşər oğlu, bu məbədi İsrail nəslinə təsvir et ki, üsyanlarından utansınlar və məbədin layihəsini ölçsünlər.


çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi.


Bene-Rageş, yəni «İldırım oğulları» adlandırdığı Zavday oğlu Yaqub və Yaqubun qardaşı Yəhya,


Mənim sözüm də, vəzim də müdrikliyin inandırıcı sözlərindən deyil, Ruhun qüdrətini göstərməsindən asılı idi.


Síguenos en:

Anuncios


Anuncios