Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




MATTA 24:15 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

15 Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik gətirən iyrənc şeyin Müqəddəs məkanda qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın –

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

15 Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik gətirən iyrənc şeyin Müqəddəs məkanda qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın –

Ver Capítulo Copiar

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

15 Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik gətirən iyrənc şeyin Müqəddəs məkanda qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın –

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

15 Беләликлә, Даниел пејғәмбәрин бәһс етдији виранәлик ҝәтирән ијрәнҹ шејин Мүгәддәс мәканда гојулдуғуну ҝөрдүјүнүэ эаман – гој охујан буну анласын –

Ver Capítulo Copiar




MATTA 24:15
19 Referencias Cruzadas  

Mən sizi bu yerdə cəzalandıracağam ki, başınıza bəla gələcəyi barədə sözlərimin mütləq yerinə yetəcəyini biləsiniz” Rəbb belə bəyan edir. “Bunun əlaməti belə olacaq”.


O adam mənə dedi: «Ey bəşər oğlu, gözünlə görüb, qulağınla eşit və sənə göstərəcəyim hər şeyə yaxşı-yaxşı bax. Ona görə buraya gətirildin ki, bunları sənə göstərim. Gördüyün hər şeyi İsrail nəslinə bildir».


Onların arasında Yəhuda nəslindən olan Daniel, Xananya, Mişael və Azarya var idi.


Onun göndərdiyi qoşunlar qalxıb qalanı – Müqəddəs məkanı murdarlayacaq, daimi yandırma qurbanını dayandıracaq və viranəlik gətirən iyrənc şeyi orada qoyacaqlar.


Daimi yandırma qurbanlarının dayandırıldığı və viranəlik gətirən iyrənc şeyin qoyulduğu vaxtdan min iki yüz doxsan gün keçəcək.


Sənin duanın başlanğıcında Allah cavab verdi və mən də gəldim ki, onu sənə çatdırım, çünki Allah səni çox sevir. İndi isə sözüm barədə düşün və görüntünü bil.


Bunu bil və anla: Yerusəlimi bərpa edib tikmək üçün verilən fərmanın çıxmasından məsh olunmuş hökmdara qədər yeddi yeddiillik dövr keçəcək. Altmış iki yeddiillik dövr ərzində Yerusəlim yenidən küçələr və xəndəklərlə tikiləcək, amma bu çətin vaxtlarda olacaq.


Həmin hökmdar yeddiillik bir dövr ərzində çoxları ilə əhd bağlayacaq. Bu yeddiillik dövrün ortasında qurbanla təqdimi dayandıracaq, məbədin qülləsində viranəlik gətirən iyrənc şey qoyacaq və viranəlik gətirən şey onun təyin edilmiş aqibətinə qədər orada qalacaq».


Yəhudeyada olanlar dağlara qaçsın.


Viranəlik gətirən iyrənc şeyin heç olmamalı yerdə qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – Yəhudeyada olanlar dağlara qaçsın.


Çünki səni elə günlər gözləyir ki, düşmənlərin səni sədlə əhatə edəcək, mühasirəyə alacaq və hər yerdən sıxışdıracaqlar.


Qoşunların Yerusəlimi mühasirə etdiyini görəndə bilin ki, onun viranə qalacağı vaxt yaxınlaşmışdır.


Əgər Ona mane olmasaq, hamı Ona iman edəcək. Romalılar da gəlib məbədimizi və millətimizi məhv edəcək».


və qışqırdılar: «Ey İsraillilər, kömək edin! Hər yərdə hər kəsə, xalqımıza, Qanuna və Müqəddəs məkana qarşı təlim öyrədən adam budur. Həmçinin məbədə bəzi Yunanları gətirərək bu Müqəddəs məkanı murdarladı».


Gətirdikləri yalançı şahidlər onun üzünə durub dedilər: «Bu adam dayanmadan bu Müqəddəs məkana və Qanuna qarşı danışır.


Buna görə də biz eşitdiklərimizə daha da diqqətli olmalıyıq ki, axın bizi aparmasın.


Nə bəxtiyardır bu peyğəmbərlik sözlərini oxuyan, eşidənlər və orada yazılanlara riayət edənlər! Çünki vaxt yaxındır.


Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir».


Síguenos en:

Anuncios


Anuncios