Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




MALAKİ 2:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 «Onunla həyat və sülh verən bir əhd bağladım, Mənə hörmət etdiyi təqdirdə bunları ona verdim. O da Məndən qorxub adıma hörmət göstərdi.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

5 «Onunla həyat və sülh verən bir əhd bağladım, Mənə hörmət etdiyi təqdirdə bunları ona verdim. O da Məndən qorxub adıma hörmət göstərdi.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

5 «Онунла һәјат вә сүлһ верән бир әһд бағладым, Мәнә һөрмәт етдији тәгдирдә бунлары она вердим. О да Мәндән горхуб адыма һөрмәт ҝөстәрди.

Ver Capítulo Copiar




MALAKİ 2:5
14 Referencias Cruzadas  

Mən onlarla sülh əhdi bağlayacağam. Bu onlarla əbədi bir əhd olacaq. Onları orada yerləşdirəcək və saylarını çoxaldacağam. Müqəddəs məkanımı əbədi olaraq onların arasında quracağam.


“Onlarla bir sülh əhdi bağlayacağam, ölkədən zərərli heyvanları qovacağam ki, onlar çöldə asayiş içində yaşayıb meşələrdə yatsın.


Levililəri pak edib yellətmə təqdimi olaraq həsr et; bundan sonra onlar Hüzur çadırında xidmət etmək üçün içəri girə bilər.


Levililəri İsrail övladlarının ilk doğulanlarının əvəzinə və Levililərin heyvanlarını onların heyvanları əvəzinə ayır. Levililər Mənim olacaq; Rəbb Mənəm.


Kahin Harun oğlu Eleazar oğlu Pinxas bunu görən kimi icmanın arasından qalxdı və əlinə bir nizə götürdü.


İsrailli adamın ardınca çadırın içinə girdi, nizəni İsrailli kişinin və qadının qarnına soxdu. Beləliklə, İsrail övladlarını qıran vəba dayandı.


Düz yol tutan Rəbdən qorxar, Yolunu azan Ona xor baxar.


Síguenos en:

Anuncios


Anuncios