Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




HUŞƏ 6:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 İsrail nəslində qorxunc bir şey gördüm, Efrayim fahişəliyə batmış, İsrail murdarlanmışdır.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

10 İsrail nəslində qorxunc bir şey gördüm, Efrayim fahişəliyə batmış, İsrail murdarlanmışdır.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

10 Исраил нәслиндә горхунҹ бир шеј ҝөрдүм, Ефрајим фаһишәлијә батмыш, Исраил мурдарланмышдыр.

Ver Capítulo Copiar




HUŞƏ 6:10
14 Referencias Cruzadas  

Ancaq o, ağsaqqalların verdikləri məsləhətə məhəl qoymadı, onunla birgə böyümüş və onun önündə duran cavan adamlarla məsləhətləşdi.


İsrailin Allahı Rəbbi qəzəbləndirərək Yarovamın özünün etdiyi və İsrailə etdirdiyi günahların ucbatından bu iş oldu.


Bu iş ona görə İsrail övladlarının başına gəldi ki, onları Misir padşahı fironun əsarəti altından, Misir torpağından çıxaran özlərinin Allahı Rəbbə qarşı günah etmişdilər. İsrail övladları başqa allahlara səcdə etmişdilər.


Buna görə Rəbb belə deyir: «İndi millətlər arasında soruşun ki, Kim belə sözlər eşitmişdir? Bakirə qıza bənzəyən İsrail Dəhşətli bir iş etdi.


Yerusəlim peyğəmbərləri arasında Bu qorxunc işi gördüm: Zina edirlər, Yalan dalınca gedirlər. Zorakıların qoluna güc verirlər. Beləcə heç kəs pisliyindən dönmür. Hamısı Mənim üçün Sodom kimi, Şəhər xalqı Homorra kimi oldu».


Yoşiyanın padşahlığı dövründə Rəbb mənə dedi: «Dönük İsrailin nə etdiyini gördünmü? Hər uca təpənin üstünə, kölgəli ağacın altına gedib orada bütlərə səcdə edərək Mənə xəyanət etdi.


Ohola Mənimki olarkən fahişəlik etdi. Oynaşları olan qonşu Aşşurlulara aludə oldu.


Onlarla fahişəlik etdi. Onların hamısı Aşşurun ən seçmə adamları idi. Ohola kimə aludə oldusa, onun bütün bütləri ilə özünü murdar etdi.


Zina, köhnə və təzə şərab Onların ürəklərini cəlb edib.


Xalqım ağacdan olan əşyaya sual verir, Əsalarından cavab alır, Çünki xəyanət ruhu onları azdırdı. Özlərinin Allahından ayrılıb xəyanət etdilər.


Efrayim bütlərindən yapışdı, Burax onu!


Efrayimi tanıyıram, İsrail Məndən gizli deyil, Çünki indi sən fahişəlik edirsən, ey Efrayim, İsrail də murdarlanıb.


Síguenos en:

Anuncios


Anuncios