Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




HUŞƏ 5:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Efrayim cəza günündə viran olacaq, Bu yəqin sözü İsrail qəbilələri arasında bəyan edirəm.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

9 Efrayim cəza günündə viran olacaq, Bu yəqin sözü İsrail qəbilələri arasında bəyan edirəm.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

9 Ефрајим ҹәэа ҝүнүндә виран олаҹаг, Бу јәгин сөэү Исраил гәбиләләри арасында бәјан едирәм.

Ver Capítulo Copiar




HUŞƏ 5:9
23 Referencias Cruzadas  

Onun yıxdığı bərpa olunmaz, Onun həbs etdiyi insan azad olmaz.


Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulma vaxtı çatıb, ancaq doğmağa güc yoxdur.


Axırı əvvəldən, Baş verməmiş hadisələri əzəldən bildirən, “Niyyətim baş tutacaq, İstədiyim hər şeyi edəcəyəm” deyən Mənəm.


Olub-keçənləri əvvəldən Mən bəyan etdim. Bu sözlər ağzımdan çıxdı və onları Mən bildirdim. Sonra qəflətən bunları həyata keçirdim və onlar yerinə yetdi.


Bunları sizə qədimdən bəri bildirdim, Baş verməmişdən əvvəl sizə xəbər verdim ki, Siz “bunu bütüm etdi, oyma və tökmə bütlər Bunları əmr etdilər” deməyəsiniz.


Amma bu uşaq pisə pis deyib yaxşını seçə bilməzdən əvvəl səni dəhşətə salan o iki padşahın torpaqları boş qalacaq.


Mən Efrayimlilərə qarşı güvə, Yəhuda nəsli üçün kif olacağam.


Bəli, Mən Efrayimlilərə qarşı bir şir, Yəhuda nəsli üçün cavan aslan olacağam. Mən, Mən onu parçalayıb gedəcəyəm, Sürüyəcəyəm və kimsə əlimdən qurtarmayacaq.


Onlar gedən zaman Mən onların başına torumu atacağam. Göydəki quşlar kimi Onları vurub yerə salacağam. İcmalarında bildirildiyi kimi Onları cəzalandıracağam.


İsrail udulmuşdur, İndi onlar millətlər arasında Heç kəsin bəyənmədiyi bir qab kimi oldu.


Onların cəza günləri gəldi, Haqq-hesab günləri yetişdi. Qoy İsrail bunu bilsin! Təqsirlərinizin çoxluğundan, Düşmənçiliyinizin böyüklüyündən Peyğəmbəri əbləh, Ruhani adamı divanə saydınız.


Həqiqətən, Xudavənd Rəbb qulu olan peyğəmbərlərə Öz niyyətini açmadan heç nə etmir.


Buna görə də Rəbb belə deyir: “Sənin arvadın şəhərdə fahişəlik edəcək, Oğulların və qızların qılıncdan keçiriləcək, Torpağın ölçülüb paylanacaq. Sən isə yad eldə – murdar bir ölkədə öləcəksən. İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”.


İshaqın nəslinin səcdəgahları xaraba qalacaq, İsrailin Müqəddəs məkanları viran olacaq. Yarovamın nəslinə qarşı qılıncla çıxacağam”».


Buna görə Mən sizi vurmağa, Günahlarınıza görə əzab verməyə başladım.


Amma qullarım peyğəmbərlərə əmr etdiyim Sözlərim və qaydalarım atalarınıza gəlib çatmadımı?” Onlar da tövbə edib dedi: “Ordular Rəbbi əməllərimizə və işlərimizə görə bizə nə etməyi düşündüsə, bizimlə elə də rəftar etdi”».


İndi bu şeyləri sizə bildirdim ki, vaxtı gələndə sizə söylədiyimi yada salasınız. Əvvəldən bunları sizə söyləmədim, çünki sizinlə birlikdə idim.


Síguenos en:

Anuncios


Anuncios