Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




HUŞƏ 4:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 Sən gündüz büdrəyəcəksən, Peyğəmbər də gecə səninlə birgə. Sənin ananı məhv edəcəyəm.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

5 Sən gündüz büdrəyəcəksən, Peyğəmbər də gecə səninlə birgə. Sənin ananı məhv edəcəyəm.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

5 Сән ҝүндүэ бүдрәјәҹәксән, Пејғәмбәр дә ҝеҹә сәнинлә бирҝә. Сәнин ананы мәһв едәҹәјәм.

Ver Capítulo Copiar




HUŞƏ 4:5
21 Referencias Cruzadas  

Rəbb belə deyir: «Boşadığım ananızın talağı haradadır? Borc verənlərimin hansı birinə satdım sizi? Siz şər əməllərinizə görə satıldınız, Ananız üsyankarlığınız üzündən qovuldu.


Mənim önümdə onların dul qadınlarının sayı Dəniz qumundan da çox oldu. Günorta çağı Cavanlarının analarını ağlar qoymaq üçün Məhv edəni gətirdim. Qəflətən onları qorxu və dəhşətə saldım.


Peyğəmbərlər haqqında: Ürəyim içimdə parçalandı, Bütün sümüklərim titrədi. Rəbbə görə, Onun müqəddəs sözlərinə görə Bir sərxoş kimi, Şəraba aludə olan adam kimiyəm.


Ananız çox utanacaq, Sizi doğanın üzü qızaracaq. Xaldey millətlərin ən zəifi, Quraq, boz bir səhra olacaq.


«Ey bəşər oğlu, bu adamlar öz bütlərinə könül verdi və təqsir etmələrinə bais olan şeyləri üzləri önünə qoydu. Bundan sonra Mən onlara cavab verəcəyəmmi?


Qınayın siz ananızı, qınayın, Çünki o Mənim arvadım deyil, Mən də onun əri deyiləm. Qoy üzündə görünən fahişəliyi, Qoynunda olan xəyanəti atsın.


Onların anası zina etdi. Onlara hamilə qalan qadın rəzillik etdi, Çünki dedi: “Oynaşlarımın dalınca gedəcəyəm, Axı çörəyimi, suyumu, yunumu, kətanımı, Zeytun yağımı və içkimi verən onlardır”.


İsrailin qüruru özünə qarşı şəhadət edir. İsraillə Efrayim Günahlarından ötrü büdrəyib-yıxılır. Yəhuda da onlarla birgə yıxılır.


Bircə ayın içində üç çobanı işdən qovdum, çünki onların əlindən təngə gəlmişdim, onların da Məndən zəhləsi gedirdi.


O gün ölkədən bütlərin adını birdəfəlik siləcəyəm, onlar bir daha xatırlanmayacaq. Yalançı peyğəmbərləri də, natəmiz ruhu da ölkədən uzaqlaşdıracağam» bəyan edir Ordular Rəbbi.


Səmavi Yerusəlim isə azaddır, o bizim anamızdır.


Síguenos en:

Anuncios


Anuncios