Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




HUŞƏ 2:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Onun balalarına da rəhm etməyəcəyəm, Çünki onlar da xəyanət övladıdır.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

4 Onun balalarına da rəhm etməyəcəyəm, Çünki onlar da xəyanət övladıdır.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

4 Онун балаларына да рәһм етмәјәҹәјәм, Чүнки онлар да хәјанәт өвладыдыр.

Ver Capítulo Copiar




HUŞƏ 2:4
17 Referencias Cruzadas  

Yehoram Yehunu görəndə soruşdu: «Xeyir ola, Yehu?» Yehu dedi: «Anan İzevelin xainlikləri və cadugərlikləri bu qədər çox olduğu halda necə xeyir ola bilər?»


Şaxələri quruyanda qoparılacaq, Qadınlar gəlib onları yandıracaq. Bu xalq ağılsız olduğuna görə Yaradan onlara rəhm etməyəcək, Xaliq onlara qarşı xeyirxah olmayacaq.


Rəbb belə deyir: «Boşadığım ananızın talağı haradadır? Borc verənlərimin hansı birinə satdım sizi? Siz şər əməllərinizə görə satıldınız, Ananız üsyankarlığınız üzündən qovuldu.


Amma siz, ey cadugər qadının övladları, Fahişə və zinakarlar nəsli, bura, yaxın gəlin!


Rəbb bəyan edir: “Mən onları ata və oğulları ilə birlikdə bir-birlərinə çırpacağam. Onlara rəhm etməyəcək, aman verməyəcək, həlak etməyə heyfsilənməyəcəyəm”».


Çünki Rəbb belə deyir: “Yas evinə girmə, ağlamaq üçün getmə, başsağlığı vermə, çünki bu xalqın arasından Öz sülhümü, məhəbbətimi və mərhəmətimi götürdüm” Rəbb belə bəyan edir.


Qısqanclığımı sənə qarşı çevirəcəyəm, səninlə qəzəblə rəftar edəcəklər. Burnunu və qulaqlarını kəsib salacaqlar, sağ qalanların qılıncla həlak olacaq. Oğullarını və qızlarını əsir alacaqlar, sağ qalanlarını od yandırıb məhv edəcək.


Buna görə Mən də qəzəblə rəftar edəcəyəm, onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm. Məni ucadan çağırsalar da, onlara qulaq asmayacağam».


Mənim də onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, əməllərinin əvəzini başlarına gətirəcəyəm».


Rəbb Huşənin vasitəsilə danışmağa başlayarkən ona belə dedi: «Get xəyanətkar bir arvad al və onun kimi xəyanətkar uşaqların olsun, çünki ölkənin xalqı Rəbdən üz döndərərək Ona hədsiz xəyanət edir».


Qomer yenə hamilə olub bir qız doğdu. Rəbb Huşəyə dedi: «Onun adını Lo-Ruxama qoy, çünki Mən daha İsrail nəslinə mərhəmət edib onu bağışlamayacağam.


Onlar Rəbbə xəyanət etdi, Çünki bic uşaqlar doğdu. İndi Təzə Ay mərasimi olanda Onlar tarlaları ilə birlikdə məhv olacaq.


Onda Rəbbin mələyi dedi: «Ey Ordular Rəbbi, bu yetmiş il ərzində qəzəbləndiyin Yerusəlimə və başqa Yəhuda şəhərlərinə nə vaxta qədər mərhəmət etməyəcəksən?»


Siz öz atanızın əməllərini edirsiniz». Ona dedilər: «Biz zinadan doğulmamışıq, bizim bir Atamız var, O da Allahdır».


Sən gör ki, Allah eyni zamanda həm xeyirxahdır, həm də sərt: yıxılanlara sərtlik, sənə isə, əgər Onun xeyirxahlığına bağlı qalarsansa, xeyirxahlıq göstərər. Əks təqdirdə sən də kəsilib atılacaqsan.


Deməli, Allah kimə istəyirsə, mərhəmət edir, kimi istəyirsə, inadkar edir.


Çünki mərhəmət göstərməyən mərhəmətsiz mühakimə olunur. Mərhəmət mühakiməyə qalib gəlir.


Síguenos en:

Anuncios


Anuncios