Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




HUŞƏ 2:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Yoxsa onu çıl-çılpaq soyundurub Lüt, anadangəlmə edəcəyəm. Mən onu səhra, quru torpaq kimi edəcəyəm, Susuzluqdan öldürəcəyəm.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

3 Yoxsa onu çıl-çılpaq soyundurub Lüt, anadangəlmə edəcəyəm. Mən onu səhra, quru torpaq kimi edəcəyəm, Susuzluqdan öldürəcəyəm.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

3 Јохса ону чыл-чылпаг сојундуруб Лүт, анаданҝәлмә едәҹәјәм. Мән ону сәһра, гуру торпаг кими едәҹәјәм, Сусуэлугдан өлдүрәҹәјәм.

Ver Capítulo Copiar




HUŞƏ 2:3
27 Referencias Cruzadas  

Xalq orada olanda susamışdı. Ona görə də Musanın əlindən deyinib dedi: «Axı niyə bizi Misirdən çıxartdın? Bu bizi, oğullarımızı və heyvanlarımızı susuzluqdan öldürmək üçündürmü?»


Ölkə yas tutur, zəifləyir, Livan məğlub olub, solub, Şaron səhraya dönür, Başan və Karmelin ağacları yarpaqlarını tökür.


Çılpaqlığın açılacaq, ayıb yerin görünəcək. Mən intiqam alacağam, Heç kimi əsirgəməyəcəyəm».


Müqəddəs şəhərlərin səhraya, Sion çöllüyə döndü, Yerusəlim viran qaldı.


Çoxlu çoban bağımı viran etdi, Tarlamı tapdalayıb əzdi, Gözəl zəmimi boş çölə çevirdi.


Əgər ürəyində «Bütün bunlar nə üçün başıma gəldi» desən, Bil ki, günahının çoxluğundan Ətəklərin qaldırıldı və zorlandın.


Bundan ötrü Mən də sənin ətəklərini Üzünə qaldıracağam ki, Ayıbın görünsün.


Əyanlar nökərlərini su dalınca göndərir, Onlar isə quyu yanına gəlib Su tapmır, Boş qablarla geri dönürlər, Utanıb xəcalət çəkərək Başlarını örtürlər.


O, çöldəki yulğun ağacı kimi olacaq, Xeyir gələndə onu görməyəcək. Səhrada olan quraq yerlərdə Heç kəs yaşamayan şoranlıqda sakin olacaq.


Ey bu nəslin övladları, Rəbbin sözünə diqqət edin: “Məgər Mən İsrail üçün bir səhra oldum? Yaxud bir zülmət ölkəsi oldum? Xalqım nə üçün deyir ki, biz öz-özümüzə ağayıq, Bir daha Sənə tərəf gəlmərik?


Daha demədilər ki, Misir torpağından bizi çıxaran, Səhrada, uçurumlarla dolu boz çöllərdə, Ölüm kölgəsində qalan quraq torpaqda, Bir insanın keçmədiyi, heç kəsin yaşamadığı Diyarda gəzdirən Rəbb haradadır?


Bəli, Yəhuda padşahının sarayı barədə Rəbb belə deyir: “Sən Mənim üçün Gilead, Livanın zirvəsi kimisən. Ancaq Mən hökmən səni bir çölə, Kimsənin yaşamadığı şəhərlərə çevirəcəyəm.


Baxıb gördüm ki, bəhərli torpaq Səhraya çevrilib, Rəbbin önündə bütün şəhərləri Onun qızğın qəzəbi ilə dağılıb».


Qəsəbələri viran olacaq, Torpaqları heç kəsin yaşamadığı, Bəşər oğlunun keçmədiyi Quraq bir çölə dönəcək.


Ancaq İsrailin Müqəddəsinə qarşı Ölkələri təqsirlə dolduğu halda Özlərinin Allahı Ordular Rəbbi İsrail və Yəhuda xalqlarını tərk etmədi.


Bütün iyrənc işlərini və fahişəliyini edərkən öz cavanlıq günlərini xatırlamadın, o zaman lüt və çılpaq idin, öz qanın içində qımıldanırdın”.


O indi Çöldə, quraq və susuz torpaqda əkildi.


Efrayim öz qardaşları arasında Barlı-bəhərli olsa da, Şərq yeli, səhradan qalxan Rəbbin küləyi gələcək, Onun bulağı quruyacaq, Çeşməsinin suyu kəsiləcək. Bütün qiymətli şeylər xəzinəsi qarət olunacaq.


İndi oynaşlarının önündə Onun ayıbını üzə çıxaracağam. Kimsə onu əlimdən qurtara bilməyəcək.


Gördüyün vəhşi heyvan və on buynuz isə fahişəyə nifrət edərək onu soyub çılpaq qoyacaq, ətini yeyəcək və onu odda yandıracaq.


Bundan sonra Şimşon bərk susadı və Rəbbə fəryad edib dedi: «Sən quluna bu böyük qələbəni verdin, amma indi mən susuzluqdan ölüb sünnətsizlərin əlinə düşümmü?»


Síguenos en:

Anuncios


Anuncios