Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




HAKİMLƏR 9:23 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

23 Sonra Allahın izni ilə Avimeleklə Şekem əhalisinin arasına şər ruh girdi və onlar Avimelekə xəyanətlə yanaşdılar.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

23 Sonra Allahın izni ilə Avimeleklə Şekem əhalisinin arasına şər ruh girdi və onlar Avimelekə xəyanətlə yanaşdılar.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

23 Сонра Аллаһын иэни илә Авимелеклә Шекем әһалисинин арасына шәр руһ ҝирди вә онлар Авимелекә хәјанәтлә јанашдылар.

Ver Capítulo Copiar




HAKİMLƏR 9:23
15 Referencias Cruzadas  

Padşah xalqa qulaq asmadı, çünki bu hadisə Rəbb tərəfindən oldu ki, O, Şilolu Axiya vasitəsilə Nevat oğlu Yarovama söylədiyi sözü yerinə yetirsin.


Padşah xalqa qulaq asmadı, çünki bu hadisə Allah tərəfindən oldu ki, Rəbb Şilolu Axiya vasitəsilə Nevat oğlu Yarovama söylədiyi sözü yerinə yetirsin.


Rəbb onların ağlını çaşdırdı. Necə ki sərxoş adam öz qusduğunun ətrafında səndələyirsə, Misir də öz əməllərində belə dolaşır.


Rəbb deyir: «Mən Misirliləri Misirlilərə qarşı qaldıracağam, Qardaş qardaşla, qonşu qonşu ilə, Şəhər şəhərlə, ölkə ölkə ilə vuruşacaq.


Vay halına, ey yıxıb-dağıdan, Amma özü yıxılmayan insan! Vay halına, ey xain adam, Hərçənd sənə qarşı xəyanət etməmişlər! Sən məhv edib qurtaran zaman Özün də yıxılacaqsan, Sən xain əməllərindən dönəndə Xəyanətlə rastlaşacaqsan.


Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək.


Əgər bir padşahlıq öz daxilindən bölünübsə, davam gətirməz.


Yoxsa qoy Avimelekdən alov çıxıb Şekem başçılarını və Bet-Millo əhalisini yox etsin, onlardan da od çıxıb Avimeleki yox etsin».


Avimelek üç il İsrail üzərində başçılıq etdi.


Síguenos en:

Anuncios


Anuncios