Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




HAKİMLƏR 8:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Zevahla Salmunna və bütün şərq xalqlarının ordusundan sağ qalan təxminən on beş min nəfərlik bir ordu Qarqorda idi. Onların ordusundan yüz iyirmi min qılınc gəzdirən adam yerə sərilmişdi.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

10 Zevahla Salmunna və bütün şərq xalqlarının ordusundan sağ qalan təxminən on beş min nəfərlik bir ordu Qarqorda idi. Onların ordusundan yüz iyirmi min qılınc gəzdirən adam yerə sərilmişdi.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

10 Эеваһла Салмунна вә бүтүн шәрг халгларынын ордусундан сағ галан тәхминән он беш мин нәфәрлик бир орду Гаргорда иди. Онларын ордусундан јүэ ијирми мин гылынҹ ҝәэдирән адам јерә сәрилмишди.

Ver Capítulo Copiar




HAKİMLƏR 8:10
17 Referencias Cruzadas  

Moav padşahı döyüşdə məğlub olduğunu görəndə özü ilə yeddi yüz nəfər əli qılınclı adam götürdü. Onlar Edom padşahının qoşununu yarmaq istədilər, ancaq bunu edə bilmədilər.


Aviya ilə xalqı onları böyük tələfata uğratdılar: İsraillilərdən beş yüz min seçmə adam həlak oldu.


Remalya oğlu Peqah Yəhudada yüz iyirmi min adamı bir gündə öldürdü, hamısı igid adam idi. Çünki onlar atalarının Allahı Rəbbi tərk etmişdi.


İsraillilər öz qohumlarından qadınlar, oğullar, qızlar, iki yüz min nəfər əsir götürdü, həm də onlardan çoxlu qənimət götürüb Samariyaya apardılar.


O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb.


Çünki onlara yük olan boyunduruğunu, Çiyinlərini döyən çomağını, Onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən Midyanlıların başlarına gətirdiyin gün kimi.


Həmin gün şəhərlərdən gələn Binyamin övladları Givea əhalisindən yığılmış yeddi yüz seçmə adamdan savayı, qılınc daşıyan iyirmi altı min kişi də yığdılar.


Binyaminlilərdən başqa, İsraillilərdən qılınc daşıyan dörd yüz iyirmi kişini saydılar ki, bunların da hamısı döyüşçü idi.


Bütün xalqın, bütün İsrail qəbilələrinin başçıları Allahın xalqının toplantısında öz yerlərini tutdular. Orada qılınc daşıyan dörd yüz min piyada var idi.


Həmin gün də Binyaminlilər onların qarşısına çıxaraq İsrail övladlarından bu dəfə on səkkiz min kişini vurub yerə sərdi. Bunların hamısı qılınc daşıyan adamlar idi.


Rəbb İsrailin önündə Binyaminliləri darmadağın etdi. Həmin gün İsrail övladları Binyaminlilərdən iyirmi beş min yüz kişini həlak etdi. Bunların hamısı qılınc gəzdirən adamlar idi.


Həmin gün qılınc gəzdirən iyirmi beş min Binyaminli qırıldı. Bunların hamısı igid cəngavər idi.


Çünki onlar öz heyvanları və çadırları ilə çıxırdılar. Gələndə isə çəyirtkə kimi o qədər çox gəlirdilər ki, nə özlərinin, nə də dəvələrinin sayı-hesabı olmazdı. Onlar İsraili viran qoymaq üçün gəlirdilər.


Vadiyə yığılan Midyanlılar, Amaleqlilər və bütün şərq xalqlarının sayı çəyirtkə qədər çox idi. Dəvələrinin isə dəniz sahilindəki qum qədər sayı-hesabı yox idi.


Gideon gəlib gördü ki, bir nəfər yoldaşına öz yuxusunu danışır və belə deyir: «Bax yuxumda görmüşəm ki, arpa unundan bişirilmiş bir yumru çörək yuvarlanaraq Midyan ordugahına girib çadıra çatdı, çadırı vurub yıxaraq alt-üst etdi və çadır yerə sərildi».


Üç yüz nəfər şeypur çalanda Rəbb düşmən ordugahındakıların qılıncını bir-birinə qarşı qaldırdı. Düşmən ordusu Sereraya doğru – Bet-Şittaya qədər, Tabbatın yanında olan Avel-Mexola sərhədinə qədər qaçdı.


Gideon Novah və Yoqbohanın şərqindən – köçərilərin yolundan keçərək laqeyd dayanan düşmən ordugahına hücum etdi.


Síguenos en:

Anuncios


Anuncios