Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




HAKİMLƏR 5:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Həmin gün Devora və Avinoam oğlu Baraq bu ilahini oxudular:

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

1 Həmin gün Devora və Avinoam oğlu Baraq bu ilahini oxudular:

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

1 Һәмин ҝүн Девора вә Авиноам оғлу Бараг бу илаһини охудулар:

Ver Capítulo Copiar




HAKİMLƏR 5:1
20 Referencias Cruzadas  

Rəbb Davudu bütün düşmənlərinin və Şaulun əlindən qurtaranda Davud bu ilahinin sözlərini Rəbbə söylədi;


Xalqla məsləhət etdikdən sonra Rəbbə ilahi oxuyanları irəli qoydu ki, ordusunun önündə gedərək müqəddəs calalına həmd edib oxusunlar: «Rəbbə şükür edin, çünki Onun məhəbbəti əbədidir».


Bütün Yəhuda və Yerusəlim xalqı Yehoşafatın başçılığı altında sevinclə Yerusəlimə qayıtdı, çünki Rəbb düşmənlərini məhv edərək onları sevindirmişdi.


Onun işlərini yada sal, İnsanların ilahilərlə tərənnüm etdiyi işləri mədh etməlisən.


Onda dan ulduzları birgə nəğmə oxuyurdu, Bütün ilahi varlıqlar sevincdən haray salırdı.


O vaxt Musa ilə İsrail övladları Rəbbə bu ilahini oxudular: «Rəbbə ilahi oxuyacağam, Çox böyük zəfər çaldı. Atı və süvarini dənizə tulladı.


Məryəm onların qarşısında bu ilahini oxudu: Rəbbə ilahi oxuyun, Çox böyük zəfər çaldı. Atı və süvariləri dənizə tulladı!


Ya Rəbb, Sən mənim Allahımsan, Səni ucaldıram, adına həmdlər oxuyuram. Çünki Sən qədimdən bəri möcüzələrini, niyyətlərini Sədaqətlə həyata keçirdin.


O gün Yəhuda diyarında belə ilahi oxunacaq: «Qüvvətli şəhərimiz var, Allahın qurtuluşu şəhər üçün divarlar, səngərlər kimidir.


O zaman İsrail övladları bu nəğməni oxudular: «Ey quyu, suların fışqırsın, Ona nəğmə oxuyun,


Məryəm isə dedi:


İsrail övladlarının əli Kənan padşahı Yavinə qarşı get-gedə qüvvətləndi və axırda Kənan padşahı Yavini məhv etdi.


O vaxtlar Lappidotun arvadı peyğəmbər Devora İsraildə hakimlik edirdi.


Xanna Rəbbə belə dua etdi: «Rəbdə tapdığım sevincdən ürəyim cuşa gəlir, Rəbb mənə böyük güc verir, Düşmənlərimin önündə öyünürəm, Çünki Sən məni qurtardığına görə sevinirəm.


Síguenos en:

Anuncios


Anuncios