Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




HAKİMLƏR 4:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Devora adam göndərib Naftali bölgəsində Qedeş şəhərindən Avinoam oğlu Baraqı çağırıb dedi: «İsrailin Allahı Rəbb sənə əmr etdi ki, yanına Naftali və Zevulun övladlarından on min nəfər kişini alıb Tavor dağına aparasan.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

6 Devora adam göndərib Naftali bölgəsində Qedeş şəhərindən Avinoam oğlu Baraqı çağırıb dedi: «İsrailin Allahı Rəbb sənə əmr etdi ki, yanına Naftali və Zevulun övladlarından on min nəfər kişini alıb Tavor dağına aparasan.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

6 Девора адам ҝөндәриб Нафтали бөлҝәсиндә Гедеш шәһәриндән Авиноам оғлу Барагы чағырыб деди: «Исраилин Аллаһы Рәбб сәнә әмр етди ки, јанына Нафтали вә Эевулун өвладларындан он мин нәфәр кишини алыб Тавор дағына апарасан.

Ver Capítulo Copiar




HAKİMLƏR 4:6
21 Referencias Cruzadas  

Adı Ordular Rəbbi olan Padşah bəyan edir: “Varlığıma and olsun ki, Tavor və dəniz sahilindəki Karmel dağları Dağlar arasında necə nəzərə çarparsa, Gələn şəxs də elə olacaq.


Ey kahinlər, bunu eşidin! Ey İsrail nəsli, diqqətlə dinləyin! Ey padşah sarayında olanlar, qulaq verin! Sizin barənizdə hökm çıxarıldı, Çünki siz Mispada bir tələ, Tavor dağına sərilmiş bir tor oldunuz.


Çünki Rəbbin bizə əmri belə idi: “Səni millətlərə nur etmişəm ki, Xilası dünyanın ən uzaq yerlərinə yayasan”».


Daha nə deyə bilərəm? Gideon, Baraq, Şimşon, İftah, Davud, Şamuel və başqa peyğəmbərlər barəsində danışsam, vaxtım çatmaz.


Sənə möhkəm və cəsarətli olmağı əmr edən Mən deyiləmmi? Qorxma və ruhdan düşmə, çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlədir.


Sərhəd Tavora, Şaxsivmaya, Bet-Şemeşə çatırdı. Sərhədlərinin sonu İordan çayında idi. Bunlar kəndləri ilə birlikdə on altı şəhər idi.


Altıncı püşk Naftali övladları üçün nəsillərinə görə Naftali övladlarına düşdü.


Qalalı şəhərlər bunlar idi: Siddim, Ser, Xammat, Raqqat, Kinneret,


Qedeş, Edrei, En-Xasor,


Naftali qəbiləsindən qatillər üçün sığınacaq şəhəri olan Qalileyadakı Qedeşlə otlaqlarını, Xammot-Dorla otlaqlarını və Qartanla otlaqlarını verdilər. Bunlar üç şəhər idi.


Baraq Zevulun və Naftali övladlarını Qedeşə topladı və on min nəfər kişi onun ardınca getdi. Devora da Baraqla birgə yola düşdü.


Həmin gün Devora və Avinoam oğlu Baraq bu ilahini oxudular:


O bütün Menaşşeyə qasidlər göndərdi və onları da öz yanına yığdı. Sonra Aşerə, Zevuluna və Naftaliyə qasid göndərdi. Onlar qasidləri qarşılamağa çıxdılar.


Gideon Zevah ilə Salmunnaya dedi: «Tavorda öldürdüyünüz adamlar necə adamlar idi?» Onlar dedilər: «Hamısı sənin kimi padşah oğullarına oxşayırdı».


Oradan da irəli keçib Tavordakı palıd ağacının yanına çatacaqsan və həmin yerdə səni Bet-Elə – Allahın hüzuruna çıxan üç adam qarşılayacaq. Onlardan biri üç oğlaq, o biri üç kömbə çörək, biri də bir tuluq şərab aparacaq.


Rəbb də Yerub-Baalı, Bedanı, İftahı və Şamueli göndərdi. O sizi ətrafınızdakı düşmənlərin əlindən qurtardı və əmin-amanlıqda yaşadınız.


Síguenos en:

Anuncios


Anuncios