Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




HAKİMLƏR 3:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 O dövrdə ölkə qırx il rahat yaşadı. Sonra Qenazın oğlu Otniel öldü.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

11 O dövrdə ölkə qırx il rahat yaşadı. Sonra Qenazın oğlu Otniel öldü.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

11 О дөврдә өлкә гырх ил раһат јашады. Сонра Генаэын оғлу Отниел өлдү.

Ver Capítulo Copiar




HAKİMLƏR 3:11
11 Referencias Cruzadas  

Qenazın oğulları: Otniel və Seraya. Otnielin oğulları Xatat və


Lakin rahat olan kimi yenə Sənin nəzərində pis işlər gördülər. Buna görə də Sən onları düşmənə təslim etdin, düşmənləri də onlara hökm etdilər. Onlar yenə də Sənə fəryad etdilər, Sən də onları göylərdən eşidib Öz böyük mərhəmətinə görə dəfələrlə qurtardın.


çünki bu günlər Yəhudilər öz düşmənlərindən azad oldular və o ay kədərləri sevincə, matəmləri şənlik gününə çevrilmişdi. O günlər şənlik qurub sevinməli və bir-birlərinə yemək sovqatları göndərib kasıblara hədiyyə verməli idilər.


Rəbbin Musaya dediyi kimi Yeşua bütün ölkəni aldı. Yeşua oranı İsraillilərə, hər qəbiləyə irs olaraq öz payını verdi. Ölkə müharibədən əmin-amanlığa çıxdı.


Oranı Kalevin qardaşı Kenazın oğlu Otniel aldı. Kalev də qızı Aksanı ona ərə verdi.


Rəbbin Ruhu Otnielin üzərinə endi. O, İsrailin hakimi oldu və döyüşə çıxdı. Rəbb Aram-Naharayim padşahı Kuşan-Rişatayimi Otnielə təslim etdi. O, Kuşan-Rişatayimdən daha güclü oldu.


İsrail övladları yenə də Rəbbin gözündə pis olan işləri gördülər. Rəbb də Moav padşahı Eqlonu İsraillilərə qarşı qaldıraraq qüvvətləndirdi. Çünki onlar Rəbbin gözündə pis olan işləri görmüşdülər.


Həmin gün Moav ölkəsi İsraillilərə tabe oldu və İsrail ölkəsi səksən il rahat yaşadı.


İsrail övladları Rəbbə fəryad edəndə Rəbb də onlar üçün bir xilaskar yetirdi. Xilaskar Kalevin kiçik qardaşı olan Qenazın oğlu Otniel idi. O, İsrail övladlarını əsarətdən xilas etdi.


Ya Rəbb, bütün düşmənlərin belə yox olur. Amma səni sevənlər qüdrəti ilə doğan günəş kimi olur! Bundan sonra ölkə qırx il rahat yaşadı.


Midyanlılar İsrail övladlarına tabe olub bir daha başlarını qaldıra bilmədilər. Gideonun dövründə ölkə qırx il rahat yaşadı.


Síguenos en:

Anuncios


Anuncios