Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




HAKİMLƏR 18:23 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

23 Onlar Dan övladlarını səslədi. Dan övladları üzlərini Mikeyaya tutub dedi: «Sənə nə olub ki, bunları bura yığmısan?»

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

23 Onlar Dan övladlarını səslədi. Dan övladları üzlərini Mikeyaya tutub dedi: «Sənə nə olub ki, bunları bura yığmısan?»

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

23 Онлар Дан өвладларыны сәсләди. Дан өвладлары үэләрини Микејаја тутуб деди: «Сәнә нә олуб ки, бунлары бура јығмысан?»

Ver Capítulo Copiar




HAKİMLƏR 18:23
8 Referencias Cruzadas  

Görüntü vadisi barəsində xəbərdarlıq: Ey şəhər xalqı, nə olub ki, hamınız damlara çıxmısınız?


Sonra padşah ona dedi: «Nə istəyirsən?» O dedi: «Bu qadın mənə demişdi: “Sən öz oğlunu ver, bu gün yeyək, mənim oğlumu isə sabah yeyərik”.


Padşah da ona dedi: «Dərdin nədir?» Qadın dedi: «Həqiqətən, mən dul bir qadınam, ərim ölüb.


Bu vaxt Şaul öküzlərin arxasınca tarladan gəlirdi. O dedi: «Xalqa nə olub ki, ağlayır?» Ona Yaveşlilərin sözünü çatdırdılar.


Allah uşağın səsini eşitdi. Allahın mələyi göylərdən Həcəri çağırıb dedi: «Sənə nə olub, Həcər? Qorxma, çünki uşağın oturduğu yerdən Allah onun səsini eşitdi.


Mikeyanın evindən uzaqlaşanda Mikeyanın qonşuları toplaşaraq Dan övladlarına çatdılar.


Mikeya onlara dedi: «Düzəltdiyim allahları və kahini götürüb getdiniz, bəs mənə nə qaldı? Hələ bir soruşursunuz ki, sənə nə olub?»


Síguenos en:

Anuncios


Anuncios