Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




HAKİMLƏR 13:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 İsrail övladları yenə də Rəbbin gözündə pis işlər etdilər. Rəbb onları qırx il Filiştlilərə təslim etdi.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

1 İsrail övladları yenə də Rəbbin gözündə pis işlər etdilər. Rəbb onları qırx il Filiştlilərə təslim etdi.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

1 Исраил өвладлары јенә дә Рәббин ҝөэүндә пис ишләр етдиләр. Рәбб онлары гырх ил Филиштлиләрә тәслим етди.

Ver Capítulo Copiar




HAKİMLƏR 13:1
16 Referencias Cruzadas  

Kuşlu öz dərisini, Bəbir öz xallarını dəyişdirə bilərmi? Pislik etməyə alışmış Siz də yaxşılıq edə bilməzsiniz.


Allah hər kəsə əməlinə görə əvəzini verəcək:


Daha nə deyə bilərəm? Gideon, Baraq, Şimşon, İftah, Davud, Şamuel və başqa peyğəmbərlər barəsində danışsam, vaxtım çatmaz.


İsrail övladları yenə də Rəbbin gözündə pis olan işlər görərək Baal və Aştoret bütlərinə, Aram allahlarına, Sidon allahlarına, Moav allahlarına, Ammon övladlarının allahlarına, Filiştlilərin allahlarına qulluq edərək Rəbbi atdılar və Ona qulluq etmədilər.


Buna görə də İsraillilərə qarşı Rəbbin qəzəbi alovlandı və onları Filiştlilərə, Ammon övladlarına təslim etdi.


Piratonlu Hillel oğlu Avdon da öldü və Amaleqlilərin dağlıq bölgəsindəki Efrayim torpağında – Piratonda dəfn olundu.


Ata və anası bilmirdi ki, bu istək Rəbdəndir. Ona görə ki Rəbb Filiştlilərin hakimiyyətini devirmək üçün fürsət axtarırdı. O dövrdə Filiştlilər İsraillilərin üstündə hökmranlıq edirdi.


Yəhudadan üç min nəfər Etam qayasının oyuğuna enib Şimşona dedi: «Bilmirsən Filiştlilər bizim üzərimizdə hakimdir? Bu nə işdir başımıza gətirdin?» Şimşon onlara dedi: «Onların mənə elədiklərini onların başına gətirmişəm».


Filiştlilərin hökmranlığı dövründə Şimşon İsraildə iyirmi il hakimlik etdi.


İsrail övladları Rəbbin gözündə pis olan işlər görərək Baal bütlərinə qulluq etdilər.


Beləliklə, İsrail övladları Rəbbin gözündə pis olan işlər gördülər. Onlar özlərinin Allahı Rəbbi unudaraq Baal və Aşera bütlərinə sitayiş etdilər.


Ehud öləndən sonra İsrail övladları yenə də Rəbbin gözündə pis olan işlər gördülər.


İsrail övladları yenə də Rəbbin gözündə pis işlər gördülər və Rəbb də onları yeddi il Midyanlılara təslim etdi.


Lakin onlar özlərinin Allahı Rəbbi unutdular, Rəbb də onları Xasor ordusunun başçısı Sisraya, Filiştlilərə və Moav padşahına təslim etdi. Onlar atalarınıza qarşı vuruşdular».


Ey Filiştlilər, cəsur olun, kişi kimi dayanın! Yoxsa İbranilər sizə necə boyun əydilərsə, siz də onlara elə boyun əyəcəksiniz! Kişi kimi dayanın və döyüşün!»


Məğlubiyyətə uğrayan Filiştlilər bir daha İsrail torpağına gəlmədi. Şamuelin bütün ömrü boyu Rəbbin əli Filiştlilərə qarşı oldu.


Síguenos en:

Anuncios


Anuncios