Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




ESTER 1:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 O, uzun müddət ərzində, yəni yüz səksən gün öz padşahlığının cah-calalını, əzəmətini və parlaq şöhrətini nümayiş etdirdi.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

4 O, uzun müddət ərzində, yəni yüz səksən gün öz padşahlığının cah-calalını, əzəmətini və parlaq şöhrətini nümayiş etdirdi.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

4 О, уэун мүддәт әрэиндә, јәни јүэ сәксән ҝүн өэ падшаһлығынын ҹаһ-ҹалалыны, әэәмәтини вә парлаг шөһрәтини нүмајиш етдирди.

Ver Capítulo Copiar




ESTER 1:4
25 Referencias Cruzadas  

Rəbb Süleymanı bütün İsraillilərin gözündə çox ucaltdı və özündən əvvəl İsraildə heç bir padşahın malik olmadığı padşahlıq əzəmətini ona verdi.


Padşahlığının üçüncü ilində o bütün rəisləri və əyanları üçün bir ziyafət qurdu. Farsın və Midiyanın sərkərdələri, əsilzadələri və vilayət başçıları onun hüzuruna gəldi.


Bu ziyafət günləri qurtarandan sonra padşah Şuşan qalasında böyükdən kiçiyə qədər bütün xalqa sarayının həyət bağçasında yeddi gün ayrı bir ziyafət verdi.


Əgər belədirsə, şərəfə, şana bürün, Ehtişamı, əzəməti geyin.


Bunlar Xizqiyanı sevindirdi. O, xəzinəsində olan şeyləri – qızıl-gümüşü, ətriyyatı, qiymətli yağları, silah anbarındakı bütün əşyaları elçilərə göstərdi. Xizqiyanın sarayında və bütün torpağında onlara göstərmədiyi bir şey qalmadı.


Ticarətdə çox bacarıqlı olduğun üçün Öz sərvətini artırdın. Var-dövlətin çoxalanda Özünə qürrələndin”.


«Bu, şan-şöhrətim üçün böyük qüdrətimlə paytaxt kimi tikdiyim böyük Babil deyilmi?»


O zaman ağlım başıma gəldi. Padşahlığımın izzəti üçün cah-calalım yenə özümə qayıtdı. Müşavirlərim və əyanlarım məni axtarıb tapdı. Mən yenə öz taxtıma qayıtdım və əzəmətim daha da artdı.


Ey padşah! Allah-Taala sənin baban Navuxodonosora padşahlıq, əzəmət, izzət və cah-calal vermişdi.


İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi:


Bizi sınağa çəkmə, Lakin bizi şərdən xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.”


Məgər O bunu etdi ki, qabaqcadan izzət üçün hazırladığı mərhəmət tapan qablara izzətinin necə zəngin olduğunu bildirsin?


Qoy O, qəlbinizin gözünü nurlandırsın ki, Onun çağırışından yaranan ümidin nə olduğunu, müqəddəslərə verdiyi irsin izzətinin necə zəngin olduğunu,


Allah millətlər arasında bu sirrin izzətinin necə zəngin olduğunu müqəddəslərə bildirmək istədi. Bu sirr sizdə olan Məsihdir. O sizə izzətə qovuşmaq ümidini verir.


«Ey bizim Rəbbimiz və Allahımız! Sən izzət, şərəf və qüdrət almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın, Hər şey Sənin iradənlə var olub yarandı».


Síguenos en:

Anuncios


Anuncios