Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




BİRİNCİ SALNAMƏLƏR 9:22 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

22 Astana keşikçisi olmaq üçün seçilən bütün bu adamlar iki yüz on iki nəfər idi. Onlar öz kəndlərində nəsil şəcərələrində qeyd edilmişlər. Onları vəzifələrinə Davud və görücü Şamuel təyin etmişdi.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

22 Astanalarda qapıçı olmaq üçün seçilən bütün bu adamlar iki yüz on iki nəfər idi. Onlar öz kəndlərində nəsil şəcərələrində qeyd edilmişlər. Onları vəzifələrinə Davud və görücü Şamuel təyin etmişdi.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

22 Астана кешикчиси олмаг үчүн сечилән бүтүн бу адамлар ики јүэ он ики нәфәр иди. Онлар өэ кәндләриндә нәсил шәҹәрәләриндә гејд едилмишләр. Онлары вәэифәләринә Давуд вә ҝөрүҹү Шамуел тәјин етмишди.

Ver Capítulo Copiar




BİRİNCİ SALNAMƏLƏR 9:22
18 Referencias Cruzadas  

kahinlərin və Levililərin bölükləri, Rəbbin məbədində hər cür xidmət işi, Rəbbin məbədində olan bütün xidmət əşyaları,


Allah məbədinin bütün xidməti üçün kahinlərin və Levililərin bölükləri hazır durub. Sənin yanında bütün işlər üçün hər cür xidməti bacaran könüllü adamlar da var. Rəislər və bütün xalq sənin hər əmrin gözləyir».


Padşah Davudun əvvəldən axıra qədər bütün işləri görücü Şamuelin kitabında, peyğəmbər Natanın kitabında və görücü Qadın kitabında yazılmışdır.


Yedutun oğlu Qalal oğlu Şemaya oğlu Avdiya və Netofalıların kəndlərində yaşayan Elqana oğlu Asa oğlu Berekya.


Bu adamlar və onların nəsilləri çadırın və Rəbbin məbədinin qapılarında keşik çəkirdi.


Kökələr bişirilməsi Qorah nəslindən olan Şallumun ilk oğlu olan Levili Mattityanın öhdəsində idi.


Hər hansı yolla natəmiz bir kəs girməsin deyə Rəbbin məbədinin qapılarına qapıçılar qoydu.


Onun başçılığı altında olan Edenə, Minyaminə, Yeşuaya, Şemayaya, Amaryaya və Şekanyaya bölmələrinə görə kahin şəhərlərində böyükdən kiçiyə qədər bu qohumlarına paylarını bölmək işi tapşırılmışdı:


nəsil şəcərələrinə görə bütün camaatın uşaqları, arvadları, oğul və qızları – çünki onlar özlərini sədaqətlə müqəddəs xidmət üçün təqdis etmişdilər –


Yəhudadakı Levililərin bəzi bölmələri Binyamin ərazisi üçün ayrıldı.


Elə o gün ianələrin, ilk məhsulun və onda bir hissələrin yığılacağı anbarları qorumaq üçün adamlar təyin edildi. Bütün bunlar Qanunda kahinlər və Levililər üçün nəzərdə tutulan şəhərlərin ətrafındakı tarlalardan anbarlara gətirilməli idi. Çünki Yəhudalılar ibadət edən kahinlərlə Levililərdən məmnun idi.


Əvvəllər İsraildə Allahın iradəsini öyrənmək üçün gedəndə adamlar belə deyərdilər: «Gəl görücünün yanına gedək». O vaxt peyğəmbərləri görücü adlandırırdılar.


Síguenos en:

Anuncios


Anuncios