Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




BİRİNCİ SALNAMƏLƏR 18:12 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

12 Seruya oğlu Avişay Duz vadisində Edomlulardan on səkkiz min nəfəri qırdı.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

12 Seruya oğlu Avişay Duz vadisində Edomlulardan on səkkiz min nəfəri qırdı.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

12 Серуја оғлу Авишај Дуэ вадисиндә Едомлулардан он сәккиэ мин нәфәри гырды.

Ver Capítulo Copiar




BİRİNCİ SALNAMƏLƏR 18:12
23 Referencias Cruzadas  

Amasya cəsarətləndi və xalqını götürüb Duz dərəsinə getdi, Seirlilərdən on min nəfəri qırdı.


Xalqın qalan hissəsinə isə qardaşı Avişayı başçı qoydu və onlar Ammonluların qarşısında düzüldü.


Yoavın qardaşı Avişay bu «üç igid» in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid» in adı qədər şöhrətləndi.


Onların bacıları Seruya və Aviqail idi. Seruyanın üç oğlu var idi: Avişay, Yoav və Asahel.


Xalqın qalan hissəsinə isə qardaşı Avişayı başçı qoydu və onları Ammonlulara qarşı düzdü.


Davud Xetli Aximelekə və Yoavın qardaşı Seruya oğlu Avişaya dedi: «Kim mənimlə Şaulun yanına – ordugaha enər?» Avişay dedi: «Mən səninlə enərəm».


O, on min nəfər Edomlunu Duz dərəsində qırıb Selanı müharibə ilə aldı. Onun adını Yoqteel qoydu və bu günə qədər də belədir.


Yoavın qardaşı Seruya oğlu Avişay bu «üç igid» in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid» in adı qədər şöhrətləndi.


Seruya oğlu Avişay Davudun köməyinə çatıb həmin Filiştlini vurub öldürdü. O zaman Davudun adamları ona and verib dedilər: «Bir daha sən bizimlə bərabər döyüşə çıxma ki, İsrailin çırağını söndürməyəsən».


Davud Avişaya dedi: «İndi Bikri oğlu Şeva bizə Avşalomdan daha çox ziyan vuracaq. Sən ağanın qullarını götür, onu təqib etməyə get. Yoxsa o özünə qala divarlı şəhərlər tapar və gözümüzdən qaçar».


Ammonlular Aramlıların qaçdığını görəndə Avişayın qabağından qaçıb şəhərə girdilər. Ammonlular ilə döyüş qurtarandan sonra Yoav Yerusəlimə qayıtdı.


O Mənim ismimə ev tikəcək və onun şahlıq taxtını əbədi möhkəm edəcəyəm.


Beləcə Yoavla qardaşı Avişay Avneri öldürdülər, çünki onların qardaşı Asaheli Giveondakı döyüşdə o öldürmüşdü.


Avişay Davuda dedi: «Allah bu gün düşmənini sənə təslim etdi. İndi isə qoy nizə ilə onu birdəfəlik yerə elə yapışdırım ki, ikinci dəfə vurmağa ehtiyac olmasın».


Davud Edomda olarkən ordu başçısı Yoav ölənləri basdırmaq üçün gəlib Edomda bütün kişiləri qırmışdı.


Padşah Davud bütün millətlərdən – Edomlulardan, Moavlılardan, Ammonlulardan, Filiştlilərdən və Amaleqlilərdən alıb gətirdiyi qızıl-gümüşlə birgə bunları da Rəbbə həs etdi.


O, Edoma hərbi dəstələr yerləşdirdi və bütün Edomlular Davuda tabe oldular. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı.


Síguenos en:

Anuncios


Anuncios