Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




AMOS 7:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 Çünki Amos belə deyir: “Yarovam qılıncdan keçirilib öləcək. İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”».

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

11 Çünki Amos belə deyir: “Yarovam qılıncdan keçirilib öləcək. İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”».

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

11 Чүнки Амос белә дејир: “Јаровам гылынҹдан кечирилиб өләҹәк. Исраил халгы өэ торпағындан һөкмән сүрҝүнә апарылаҹаг”».

Ver Capítulo Copiar




AMOS 7:11
13 Referencias Cruzadas  

Huşənin padşahlığının doqquzuncu ilində Aşşur padşahı Samariyanı aldı və İsrailliləri Aşşur torpağına sürgün etdi. Onları Xalahda, Qozan çayı sahilindəki Xavorda və Midiya şəhərlərində yerləşdirdi.


Nə üçün “bu məbəd Şilo kimi olacaq, bu şəhər xaraba qalacaq, orada yaşayan olmayacaq” deyib Rəbbin adı ilə peyğəmbərlik edirsən?» Rəbbin məbədində olan bütün xalq Yeremyanın ətrafına yığıldı.


Onlar bütün bu sözləri eşidəndə qorxu içində bir-birlərinə baxıb Baruka dedilər: «Bütün bu sözləri mütləq padşaha bildirməliyik».


Bu, Teqoada sürü sahiblərindən biri olan Amosun sözləridir. O, Yəhuda padşahı Uzziyanın və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə – böyük zəlzələdən iki il qabaq İsrail barədə belə görüntü görmüşdü.


Bet-El kahini Amasya İsrail padşahı Yarovama belə xəbər göndərdi: «Amos İsrail nəsli arasında sənə qarşı qəsd hazırlayır. Onun sözlərinin öhdəsindən bu ölkə gələ bilməz.


Sonra Amasya Amosa dedi: «Ey görücü, buradan get, Yəhuda torpağına qaç. Peyğəmbərliyini orada et, onların çörəyini ye.


İshaqın nəslinin səcdəgahları xaraba qalacaq, İsrailin Müqəddəs məkanları viran olacaq. Yarovamın nəslinə qarşı qılıncla çıxacağam”».


Ey Yəhuda, əziz balalarından ötrü saçını qırx, Qoy başın kərkəs başı kimi keçəl olsun, Çünki övladların sürgünə aparılacaq!


dedi: «Bu Adam dedi: “Mən Allahın məbədini dağıdıb üç gün ərzində tikə bilərəm”».


“Nazaretli İsa bu məkanı darmadağın edəcək və Musadan bizə əmanət qalan adətləri dəyişəcək” dediyini özümüz eşitmişik».


Síguenos en:

Anuncios


Anuncios