Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




AMOS 3:12 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

12 Rəbb belə deyir: “Çoban şir ağzından necə iki bud sümüyü Yaxud qulağın bir parçasını çəkib qurtararsa, Samariyada divan üzərində, Dəməşqdə yataqda oturan İsrail övladları da eləcə xilas olacaq”.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

12 Rəbb belə deyir: “Çoban şir ağzından necə iki bud sümüyü Yaxud qulağın bir parçasını çəkib qurtararsa, Samariyada divan üzərində, Dəməşqdə yataqda oturan İsrail övladları da eləcə xilas olacaq”.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

12 Рәбб белә дејир: “Чобан шир ағэындан неҹә ики буд сүмүјү Јахуд гулағын бир парчасыны чәкиб гуртарарса, Самаријада диван үэәриндә, Дәмәшгдә јатагда отуран Исраил өвладлары да еләҹә хилас олаҹаг”.

Ver Capítulo Copiar




AMOS 3:12
16 Referencias Cruzadas  

Onların qalanları Afeqə – şəhərin içinə qaçdılar. Şəhərin divarı qalan iyirmi yeddi min nəfərin üstünə yıxıldı. Ben-Hadad şəhərə qaçıb bir iç otağa girdi.


Ben-Hadad ona dedi: «Mənim atamın sənin atandan aldığı şəhərləri geri qaytarıram. Atamın Samariyada düzəltdiyi kimi sən də Dəməşqdə özün üçün bazarlar düzəldərsən». İsrail padşahı dedi: «Mənimlə saziş bağlayandan sonra səni buraxacağam». Ben-Hadadla saziş bağladı və onu buraxdı.


Mikeya dedi: «Sən gizlənmək üçün iç otağa girdiyin gün bunu biləcəksən».


Aşşur padşahı ona qulaq asdı: Dəməşqə hücum edib onu aldı, əhalisini Qirə sürgün etdi və Resini öldürdü.


Bağçada tünd qırmızı zərif kətan qaytanlarla mərmər sütunlardakı gümüş halqalara keçirilmiş pambıq parçadan ağ və bənövşəyi pərdələr var idi. Sumaqdaşı, mərmər, sədəf və başqa qiymətli daşlardan düzəldilmiş döşəmə üzərində qızıl və gümüş kürsülər qoyulmuşdu.


Padşah saray bağçasından şərab içdikləri ziyafət yerinə qayıdanda gördü ki, Haman Ester uzanan kürsünün üzərinə döşənib. Padşah dedi: «Bu nədir? Bu adam evimdə, mənim yanımda mələkəni zorlayacaqmı?» Elə bu sözlər padşahın ağzından çıxanda Hamanın üzünü bağladılar.


O gün insan öz Yaradanına nəzər salacaq və gözləri İsrailin Müqəddəsini görəcək.


Çünki Rəbb mənə belə dedi: «Şir ya gənc aslan öz şikarı üstünə nərə çəkəndə Bir dəstə çoban ona qarşı haray salsa da, Aslan onların səslərindən qorxmur, Qışqırıqlarına məhəl qoymur. Ordular Rəbbi də elə enəcək, Sion dağını, onun təpələrini Qorumaq üçün döyüşəcək.


Çünki körpə “anam, atam” deməyi öyrənməzdən əvvəl Dəməşqin sərvəti və Samariyanın qəniməti Aşşur padşahına aparılacaq».


Ey fil dişi ilə bəzənmiş çarpayılarda yayxanıb, Yataqlarda uzanıb, Sürüdəki quzulardan, Axurun yanındakı danalardan götürüb yeyənlər!


Budur, Xudavənd Rəbbin gözləri bu günahkar ölkəyə dikilir. Onları yer üzündən silib-atacağam. Amma Yaqub nəslini tamamilə silib-atmayacağam” Rəbb belə bəyan edir.


Síguenos en:

Anuncios


Anuncios