Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -

ZƏKƏRİYYƏ 3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)


Dördüncü görüntü: baş kahin Yeşua

1 Rəbb mənə bunu göstərdi: Rəbbin mələyinin önündə baş kahin Yeşua durmuşdu və onu ittiham etmək üçün sağında Şeytan dayanmışdı.

2 Rəbb Şeytana dedi: «Rəbb səni məzəmmət etsin, ey Şeytan, Yerusəlimi seçən Rəbb səni məzəmmət etsin. Bu adam oddan çıxarılmış, yarısı yanmış odun parçasına bənzəmirmi?»

3 O vaxt Yeşua əyninə çox çirkli paltar geyinib mələyin önündə dayanmışdı.

4 Bu mələk önündə duran mələklərə dedi: «Onun əynindən çirkli paltarı çıxarın». Sonra Yeşuaya dedi: «Bax günahını sənin üzərindən götürdüm, indi sənə bayram paltarı geyindirəcəyəm».

5 Mən isə dedim: «Qoy başına da təmiz çalma bağlasınlar». Başına təmiz çalma bağlayıb ona paltar geyindirdilər. Rəbbin mələyi də yanında durmuşdu.

6 Sonra Rəbbin mələyi Yeşuaya şəhadət edib dedi:

7 «Ordular Rəbbi belə deyir: “Əgər yollarımla getsən, verdiyim buyruğumu qoruyub saxlasan, Evimə sən başçılıq edəcəksən, həyətlərimi sən qoruyacaqsan. Burada duranların arasında içəri keçmək haqqını sənə verirəm”.

8 Ey baş kahin Yeşua, sən və sənin önündə oturan yoldaşların qulaq assın! Çünki onlar gələcək hadisələrin əlamətidir. Mən “Pöhrə” adlı qulumu gətirəcəyəm.

9 Yeşuanın önünə qoyduğum daşa baxın! O tək daşın yeddi gözü var. Onun üzərinə bir yazı oyub yazacağam» bəyan edir Ordular Rəbbi, «Bir gün içində bu ölkənin günahını ortadan götürəcəyəm.

10 O gün hər biriniz qonşusunu öz tənəyi və əncir ağacı altına çağıracaq» Bəyan edir Ordular Rəbbi.

Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

United Bible Societies
Bizi izlə:



Reklamlar