Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -

ZƏBUR 8_1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)


Davudun «Gittit» üstə oxunan məzmuru.

1 Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzündə nə qədər əzəmətlidir! Ehtişamın göylərə qalxır!

2 Düşməni və qisasçını susdurmaq üçün Körpələrin və çağaların səsi ilə Yağılarına qarşı qala qurdun.

3 Əllərinin işi olan göyləri, Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm:

4 «İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?»

5 Onu Allahdan bir az aşağı yaratdın, İzzət və əzəmət tacını onun başına qoydun,

6 Əllərinin işləri üzərində onu hökmdar etdin. Hər şeyi onun ayağının altına qoydun:

7 Bütün sürü və naxırları, Çöldə yaşayan heyvanları,

8 Göydəki quşları, dənizdəki balıqları, Dəryalarda üzənlərin hamısını.

9 Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!

Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

United Bible Societies
Bizi izlə:



Reklamlar