Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -

ZƏBUR 6_1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)


Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru.

1 Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə, Hiddətlənib məni tənbeh etmə.

2 Ya Rəbb, mənə rəhm et, Çünki taqətim qalmayıb. Mənə şəfa ver, ya Rəbb, Sümüklərim sızlayır.

3 Canıma vəlvələ düşüb. Ya Rəbb, bu nə vaxtadək olacaq?

4 Ya Rəbb, gəl, mənə kömək et, Məhəbbətin naminə məni xilas et!

5 Səni ölüb-gedən insan xatırlamaz. O necə ölülər diyarından Sənə şükür etsin?

6 Öz ah-naləmdən bezmişəm, Hər gecə ağlamaqdan döşəyim islanır, Göz yaşlarımdan yatağım yaş olur.

7 Qəmdən gözümün nuru sönüb, Gözlərim düşmənləri görməkdən zəifləyib.

8 Siz ey şər iş görənlər, məndən uzaq durun! Çünki Rəbb hönkürtümü eşitdi,

9 O, yalvarışımı dinlədi, Rəbb duamı qəbul etdi!

10 Bütün düşmənlərim rüsvay olacaq, Canlarına vəlvələ salınacaq, Xəcalət içində bir andaca geri qayıdacaq.

Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

United Bible Societies
Bizi izlə:



Reklamlar