Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -

ZƏBUR 3_1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)


Oğlu Avşalomun qarşısından qaçanda.

1 Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb! Əleyhimə qalxanlar nə qədər artıb!

2 Mənim üçün çoxları deyir: «Allahdan ona xilas yoxdur». Sela

3 Amma Sən, ya Rəbb, ətrafımda sipərsən, Şərəfimsən, başımı ucaldan Sənsən!

4 Rəbbi ucadan səsləyirəm, O, müqəddəs dağından mənə cavab verir. Sela

5 Mən yatıram, yuxuya gedirəm, Yenə oyanıram, çünki Rəbb mənə kömək edir.

6 Hər yandan məni mühasirəyə alan On minlərlə xalqdan qorxmuram.

7 Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar! Çünki Sən bütün düşmənlərimin əngindən vurursan, Pislərin dişlərini qırırsan.

8 Qurtuluş Rəbdəndir, Qoy Sənin xeyir-duan xalqının üzərində olsun! Sela

Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

United Bible Societies
Bizi izlə:



Reklamlar