ZƏBUR 1_1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)1 Pislərin məsləhəti ilə getməyən, Günahkarların yolunda dayanmayan, Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır! 2 O ancaq Rəbbin Qanunundan zövq alar, Gecə-gündüz bu təlimatı dərin düşünər. 3 Axar sular kənarında əkilən ağac kimi Barını mövsümündə verər, Yarpağı solmaz, Etdiyi hər işdə uğur qazanar. 4 Pis adamlarsa belə deyil, Onlar yelin sovurduğu saman çöpünə bənzəyər. 5 Buna görə pis adamlar hökm günündə, Günahkarlar salehlərin məclisində dayana bilməz. 6 Çünki Rəbb salehlərin yolunu qoruyur, Pislərinsə yolu onları ölümə aparır. |
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.
United Bible Societies