Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -

ZƏBUR 14_1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)


( Zəb. 53 )
Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1 Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər. İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş, Yaxşı iş görən yoxdur.

2 Rəbb göylərdən bəşər övladına baxır. Görəsən Allahı dərk edən, Onu axtaran varmı?

3 Hamı birgə pozulub, namus əldən gedib, Bir nəfər də olsun yaxşı iş görən yoxdur.

4 Şər iş görənlərin hər biri məgər heç nə qanmır? Xalqımı çörək yerinə yeyirlər, Rəbbi çağırmırlar.

5 Onlar böyük dəhşətə düşəcək, Lakin Allah salehlərin nəslinə yar olacaq.

6 Onlar məzlumların niyyətini boşa çıxarır, Amma Rəbb məzlumların pənahıdır.

7 Kaş İsrailin azadlığı Siondan gələydi! Rəbb Öz xalqına bəxtəvər günlərini qaytaran zaman Yaqub övladları şadlıq edəcək, İsraillilər sevinəcək!

Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

United Bible Societies
Bizi izlə:



Reklamlar