Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -

ZƏBUR 149_1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Rəbbə həmd edin! Rəbbə yeni bir ilahi oxuyun, Möminlər camaatı arasında Ona həmd edin!

2 İsrail nəsli Yaradanına görə sevinsin, Sion övladları Padşahına görə şad olsun!

3 Rəqslərlə isminə həmd edin, Dəflə, lira ilə ismini tərənnüm edin!

4 Çünki Rəbb Öz xalqından zövq alar, Zəfəri ilə itaətkarların üstünə yaraşıq salar.

5 Bu şərəfə görə qoy möminlər sevinsinlər, Yataqlarında belə, Onu tərənnüm etsinlər.

6 Dilləri ilə Allahı ucaltsınlar, Əllərində ikiağızlı qılınc tutsunlar.

7 Millətləri qıraraq qisas alsınlar, Ümmətləri cəzalandırsınlar.

8 Padşahlarına zəncir vursunlar, Sərkərdələrini dəmir buxovlara salsınlar.

9 Onlar üçün yazılan hökmü yerinə yetirsinlər, Rəbbin bütün möminləri bununla şərəflənsinlər. Rəbbə həmd edin!

Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

United Bible Societies
Bizi izlə:



Reklamlar