ZƏBUR 13_1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)Musiqi rəhbəri üçün. Davudun məzmuru. 1 Ya Rəbb, nə vaxtadək, Yoxsa əbədilikmi məni unudacaqsan? Nə vaxtadək məndən üzünü gizlədəcəksən? 2 Nə vaxtadək qəlbim qəmli olacaq? Könlümdə hər günmü qubar qalacaq? Nə vaxtadək düşmənim üstün olacaq? 3 Bax mənə, cavab ver, ey Allahım Rəbb! Gözümə nur ver ki, əcəl yuxusuna getməyim. 4 Qoy düşmənlərim «uddum onu» deməsinlər, Mən sarsılarkən şənlənməsinlər. 5 Sənin məhəbbətinə güvənirəm, Qurtuluşunla qəlbim şadlanacaq. 6 Rəbbə ilahi nəğməmi oxuyacağam, Çünki mənə comərdlik etdi. |
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.
United Bible Societies