ZƏBUR 12_1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru. 1 Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb, Bəşər övladları arasında vəfalılar qurtarıb. 2 Hər kəs başqasına yalan söyləyir, Ağzı yalan danışır, ikiüzlülük edir. 3 Qoy Rəbb yalan danışan hər ağzı yumsun, Hər lovğa dili kəssin! 4 Onlar deyir ki, biz dilimizlə zəfər çalacağıq. Bu ağız bizdədirsə, kim bizə ağalıq edə bilər? 5 Rəbb deyir: «İndi qalxacağam, Çünki fəqirlərə zülm edilir, Məzlumlar nalə çəkir, qurtuluş istəyir. Mən bunu onlara verəcəyəm». 6 Rəbbin kəlamları pakdır, Kürədə əridilən, yeddi dəfə təmizlənən gümüş kimidir. 7 Sən, ya Rəbb, onları qoru, Bu nəsildən onların hər birini əbədilik hifz et. 8 Bəşər övladları arasında namərdlik artarkən Hər yanda pislər gəzər. |
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.
United Bible Societies