Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -

ZƏBUR 11_1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)


Davudun məzmuru.

1 Rəbbə pənah gətirmişəm. Könlümə necə deyə bilərsiniz ki, Quş kimi dağlara uç?

2 Bax pislər ox-kaman qurublar, Oxlarını yayın üstünə qoyublar, Qaranlıqda dayanıblar, Ürəyidüz olanları nişan alıblar.

3 Əgər hər şey təməlindən dağılarsa, Salehlər nə edə bilər?

4 Rəbb Öz müqəddəs məbədindədir, Onun taxtı göylərdədir. Rəbbin görən gözləri var, gözünü açar, Bəşər övladlarına diqqətlə baxar.

5 Rəbb saleh adamı sınaqdan keçirir, Pisə, zülmkarasa nifrət edir.

6 Pislərin üstünə odlu köz, kükürd yağdırır, Onların kasalarına düşən pay səmum yeli olacaq.

7 Çünki Rəbb adildir, ədaləti sevir, Əməlisalehlər Onun üzünü görəcək.

Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

United Bible Societies
Bizi izlə:



Reklamlar