Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -

HUŞƏ 14 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)


Rəbbin İsrailə müraciəti

1 Allahın Rəbbə üz tut, ey İsrail, Çünki günahlarından ötrü büdrədin.

2 Dua sözləri ilə Rəbbə tərəf dönün. Ona belə deyin: «Hər qəbahətimizi bağışla, Bizi mərhəmətlə qəbul et. Buğalar yerinə ağzımızdan çıxan Şükürləri təqdim edirik.

3 Aşşur bizi xilas etməyəcək, Atların belinə minməyəcəyik, Artıq əl işlərimizə “Allahlarımız” deməyəcəyik. Çünki yetim Səndən mərhəmət görəcək».

4 «Onların dönüklüyünə əlac edəcəyəm, Onları ürəkdən sevəcəyəm, Çünki qəzəbim onlardan vaz keçdi.

5 Mən İsrailə bir şeh olacağam, O, zanbaq kimi çiçək açacaq, Livan sidri kimi kök atacaq.

6 Qollu-budaqlı olacaq, Zeytun ağacı kimi gözəl olacaq, Livan sidri kimi ətir saçacaq.

7 Adamlar yenə də kölgəsi altında oturub Buğda kimi cücərəcək, Meynə kimi tumurcuqlayacaq, Şöhrəti Livan şərabı kimi olacaq.

8 Efrayim deyəcək: “Artıq bütlər nəyimə gərəkdir?” Mən onun səsini eşidəcəyəm, Ona nəzər salacağam. Mən həmişəyaşıl şam kimiyəm, Sənin bar verməyin Məndən gələcək.

9 Kim müdrikdirsə, bu sözləri dərk etsin, Kim dərrakəlidirsə, bunları başa düşsün. Çünki Rəbbin yolları düzdür. Salehlər o yollarla gedir, Ancaq üsyankarlar o yollarda büdrəyir».

Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

United Bible Societies
Bizi izlə:



Reklamlar