Bibilik Ayələri

- Reklamlar -


ALLAH HAQQINDA AYƏLƏR

ALLAH HAQQINDA AYƏLƏR

Allah sənin Yaradanındır, qoruyandır, ruzini verəndir. O, Qüdrətlidir, Rəhimlidir, Bağışlayandır, Xeyirxahdır. Onu Öz kəlamı vasitəsilə tanıya bilərik. Allah sənin həyatınla maraqlanır, səni sevir və sənin üçün gözəl bir plan hazırlayıb. Hələ heç nə olmamışdan əvvəl Allah hər şeyi bilir.

Allah tükənməz məhəbbətdir. "Çünki Mən, Allahın Rəbb, sənin Allahınam, sağ əlindən tutub sənə deyirəm: “Qorxma, Mən sənə kömək edəcəyəm” (Yeşaya 41:13). Allah həmişə bizimlədir, sadəcə Ona yaxınlaşmalıyıq.

Allah hər şeyin Yaradanı və qoruyucusudur, Oğlu İsa Məsih vasitəsilə dünyanı xilas edir.




YEŞUA 1:8

Bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan.

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 13:8

Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu qalmayın; çünki başqasını sevən Qanunu yerinə yetirmiş olur.

Fəsil    |  Versiyalar Kopyalayın
QALATİYALILARA 6:2

Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 1:1-2

Pislərin məsləhəti ilə getməyən, Günahkarların yolunda dayanmayan, Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!O ancaq Rəbbin Qanunundan zövq alar, Gecə-gündüz bu təlimatı dərin düşünər.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 19:7

Rəbbin qanunu kamildir, canı təzələyir, Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:34

Mənə ağıl ver, qanununa görə yaşayım, Bütün qəlbimlə ona bağlanım.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:92

Sənin qanunundan zövq almasaydım, Əzab çəkməkdən həlak olardım.

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 2:12

Qanunu bilmədən günah edənlərin hamısı Qanunu bilməsələr də, həlak olacaqlar. Qanunu bilərək günah edənlərin də hamısı Qanunla mühakimə olunacaq.

Fəsil    |  Versiyalar Kopyalayın
ÇIXIŞ 24:12

Rəbb Musaya dedi: «Mənim yanıma dağa çıx və orada dur; xalqı öyrətmək üçün qanunu və əmrləri yazdığım daş lövhələri sənə verim».

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 5:13

Qanundan əvvəl də dünyada günah var idi. Amma qanun olmayanda günah hesaba alınmır.

Fəsil    |  Versiyalar Kopyalayın
QALATİYALILARA 2:21

Allahın lütfünü rədd etmirəm. Çünki əgər salehlik Qanun vasitəsilə qazanıla bilsəydi, deməli Məsih boş yerə öldü.

Fəsil    |  Versiyalar Kopyalayın
QALATİYALILARA 3:2

Sizdən yalnız bunu öyrənmək istəyirəm: Ruhu Qanuna əməl etməklə, yoxsa eşitdiyinizə iman etməklə aldınız?

Fəsil    |  Versiyalar Kopyalayın
ÇIXIŞ 20:1-17

Allah bütün bu sözləri belə söylədi:«Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm.Məndən başqa allahların olmasın.Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə.Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm.Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm.Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz. Şənbə gününü yadda saxlayıb təqdis et.Altı gün çalışıb bütün işlərini gör.Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin.Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı. Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun. Qətl etmə. Zina etmə. Oğurluq etmə. Heç kimə qarşı yalandan şahidlik etmə. Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma».

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 6:15

İndi nə edək? Qanun altında deyil, lütf altında olduğumuz üçün günah edəkmi? Əsla!

Fəsil    |  Versiyalar Kopyalayın
QANUNUN TƏKRARI 30:16

Bu gün sizə Allahınız Rəbbi sevməyi, Onun qoyduğu yollarla getməyi, əmrlərinə, qaydalarına, hökmlərinə riayət etməyi əmr edirəm. Belə etsəniz, yaşayıb artacaqsınız və mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda Allahınız Rəbb tərəfindən xeyir-dua alacaqsınız.

Fəsil    |  Versiyalar Kopyalayın
QALATİYALILARA 5:14

Bütün Qanun tək bir sözdə tamamlanır: «Qonşunu özün kimi sev».

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 78:1

Ey xalqım, təlimimi dinləyin, Dilimdən çıxan sözləri eşidin.

Fəsil    |  Versiyalar Kopyalayın
QANUNUN TƏKRARI 6:5-7

Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev.Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın.Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerit. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış.

Fəsil    |  Versiyalar Kopyalayın
QALATİYALILARA 5:22-23

Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət,həlimlik, nəfsə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur.

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 3:20

Beləliklə, Qanuna əməl etməklə heç bir insan Allahın önündə saleh sayılmayacaq. Çünki Qanun vasitəsilə günah dərk olunur.

Fəsil    |  Versiyalar Kopyalayın
ÇIXIŞ 24:3

Musa gəlib Rəbbin bütün sözlərini və hökmlərini xalqa nəql etdi. Bütün xalq bir səslə cavab verib dedi: «Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik».

Fəsil    |  Versiyalar Kopyalayın
NEHEMYA 8:8

Onlar Allahın Qanun kitabından oxuyub aydınlaşdırdılar və mənasını camaata izah etdilər ki, oxunan ayələr başa düşülsün.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:142

Salehliyin əbədi salehlikdir, Sənin qanunun həqiqətdir.

Fəsil    |  Versiyalar Kopyalayın
SÜLEYMANIN MƏSƏLLƏRİ 28:9

Kim ki qanunu eşitməmək üçün qulaqlarını bağlayır, Onun duaları iyrəncdir.

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 5:20-21

Qanunun meydana gəlməsi təqsirin çoxalmasına səbəb oldu. Lakin günah çoxalan yerdə Allahın lütfü daha da çoxaldı.Nəticədə günah ölüm vasitəsilə hökmranlıq etdiyi kimi lütf də salehlik vasitəsilə hökmranlıq edir; belə ki lütf Rəbbimiz İsa Məsihin vasitəsilə əbədi həyat versin.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:1-2

Nə bəxtiyardır öz yolunda kamil olanlar, Rəbbin qanununa görə yaşayanlar.Nə bəxtiyardır Onun göstərişlərinə əməl edənlər, Bütün qəlbi ilə Onu axtaranlar.

Fəsil    |  Versiyalar Kopyalayın
QANUNUN TƏKRARI 28:1

Əgər Allahınız Rəbbin sözlərinə yaxşı-yaxşı qulaq asıb bu gün sizə buyurduğum bütün əmrlərinə riayət etsəniz, Allahınız Rəbb sizi yer üzündəki bütün millətlərdən üstün edəcək.

Fəsil    |  Versiyalar Kopyalayın
YƏHYA 1:17

Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:11

Sənə qarşı günah etməyim deyə Kəlamını qəlbimdə qoruyub saxlamışam.

Fəsil    |  Versiyalar Kopyalayın
YEŞAYA 51:4

Ey xalqım, Məni dinlə, Ey ümmətim, Məni eşit! Qanun Məndən çıxacaq, Ədalətimi nur tək Xalqlara ehsan edəcəyəm.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:105

Sözün addımıma çıraqdır, Yollarıma işıqdır.

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 7:7

Bəs nə deyə bilərik? Qanun günahdırmı? Əsla! Qanun olmasaydı, günahın nə olduğunu bilməzdim. Əgər Qanun «tamah salma» deməsəydi, tamahın nə olduğunu anlamazdım.

Fəsil    |  Versiyalar Kopyalayın
QALATİYALILARA 3:24-25

Yəni Qanun bizə Məsihə qədər yol göstərən mürəbbimiz oldu ki, imanla saleh sayılaq.Amma iman gəldiyinə görə biz artıq mürəbbinin əli altında deyilik.

Fəsil    |  Versiyalar Kopyalayın
MATTA 5:17-18

Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim.Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 19:7-11

Rəbbin qanunu kamildir, canı təzələyir, Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir.Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir, Rəbbin əmrləri pakdır, gözləri aydın edir.Rəbb qorxusu safdır, əbədi yaşayır, Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir.Onlar qızıldan, bol miqdarda olan saf qızıldan da çox sevilir, Onlar baldan, şanı balından da şirindir.Bəndən bunlardan nəsihət alar, Onlara əməl edənin bol mükafatı var.

Fəsil    |  Versiyalar Kopyalayın
QANUNUN TƏKRARI 10:12-13

İndi, ey İsrail, axı Allahın Rəbb səndən nə istəyir? Yalnız bunu istəyir: Ondan qorx, tamamilə Onun yolunu tut, Onu sev, bütün qəlbinlə və bütün varlığınla Allahın Rəbbə sitayiş et.Bu gün xoş güzəranın üçün sənə buyurduğum Rəbbin əmr və qaydalarına riayət et.

Fəsil    |  Versiyalar Kopyalayın
1 YƏHYA 2:3-4

Onu tanıdığımızı bundan bilirik ki, Onun əmrlərinə riayət edirik.Kim «Onu tanıyıram» deyir, amma Onun əmrlərinə riayət etmirsə, yalançıdır və onun daxilində həqiqət yoxdur.

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 6:14

Günah sizə hökmranlıq etməyəcək, ona görə ki siz Qanun altında deyil, lütf altındasınız.

Fəsil    |  Versiyalar Kopyalayın
İBRANİLƏRƏ 8:10

“O günlərdən sonra İsrail xalqı ilə Bağlayacağım Əhd belədir” Rəbb bəyan edir, “Qanunlarımı onların zehinlərinə qoyub Ürəklərinə yazacağam. Mən onların Allahı, Onlar da Mənim xalqım olacaq.

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 7:12

Buna görə də Qanun müqəddəsdir, əmr də müqəddəs, ədalətli və yaxşıdır.

Fəsil    |  Versiyalar Kopyalayın
QALATİYALILARA 5:18

Amma Müqəddəs Ruhun rəhbərliyi altında olsanız, siz Qanun altında deyilsiniz.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:72

Ağzından çıxan qanun mənim üçün Minlərlə qızıldan, gümüşdən daha qiymətlidir.

Fəsil    |  Versiyalar Kopyalayın
MATTA 22:37-40

İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”.Bu, böyük və əsas əmrdir.Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”.Bütün Qanun və Peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır».

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 13:8-10

Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu qalmayın; çünki başqasını sevən Qanunu yerinə yetirmiş olur.Belə ki «zina etmə, qətl etmə, oğurluq etmə, tamah salma» və bunlardan başqa nə əmr varsa, bu kəlamla yekunlaşdırmaq olar: «Qonşunu özün kimi sev».Sevən insan qonşusuna qarşı pis iş görməz, buna görə də məhəbbət Qanunun tamamlanmasıdır.

Fəsil    |  Versiyalar Kopyalayın
1 PETER 1:16

necə ki yazılıb: «Müqəddəs olun, çünki Mən müqəddəsəm».

Fəsil    |  Versiyalar Kopyalayın
YAQUB 1:25

Lakin kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalan şəxs unutqan eşidən deyil, əməldə icraçıdır; belə adam öz işində nə bəxtiyardır!

Fəsil    |  Versiyalar Kopyalayın
QALATİYALILARA 3:10

Qanuna əməl etməyə əsaslananların hamısı lənət altındadır. Çünki yazılıb: «Qoy Qanun kitabında yazılan hər şeyə riayət etməyən, onu təsdiq etməyən hər kəsə lənət olsun!»

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:165

Qanununu sevənlər böyük əmin-amanlıq tapırlar, Onlar heç nə ilə büdrəməzlər.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 1:1-3

Pislərin məsləhəti ilə getməyən, Günahkarların yolunda dayanmayan, Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!O ancaq Rəbbin Qanunundan zövq alar, Gecə-gündüz bu təlimatı dərin düşünər.Axar sular kənarında əkilən ağac kimi Barını mövsümündə verər, Yarpağı solmaz, Etdiyi hər işdə uğur qazanar.

Fəsil    |  Versiyalar Kopyalayın
ÇIXIŞ 23:2

Şər iş görən izdihama qoşulmayın. Məhkəmədə çoxları ilə birləşərək ədaləti təhrif edib yalançı şahid olmayın.

Fəsil    |  Versiyalar Kopyalayın
LEVİLİLƏR 19:18

Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb Mənəm.

Fəsil    |  Versiyalar Kopyalayın
SÜLEYMANIN MƏSƏLLƏRİ 28:4

Qanunu pozanlar pisi təriflər, Qanuna əməl edənlər onlara qarşı çıxar.

Fəsil    |  Versiyalar Kopyalayın
SÜLEYMANIN MƏSƏLLƏRİ 29:18

İlahi söz nazil olmayanda xalqda hərc-mərclik olar. Qanuna əməl edən nə bəxtiyardır!

Fəsil    |  Versiyalar Kopyalayın
İBRANİLƏRƏ 10:1

Qanunda gələcək nemətlərin əsli deyil, kölgəsi var. Buna görə də Qanun ildən-ilə daimi bir surətdə təqdim olunan eyni qurbanlar vasitəsilə Allaha yaxınlaşanları əsla kamil edə bilməz.

Fəsil    |  Versiyalar Kopyalayın
LUKA 16:16

Qanun və Peyğəmbərlər Yəhyanın gəlişinə qədər idi. O vaxtdan bəri Allahın Padşahlığının Müjdəsi yayılır və hər kəs oraya zorla girməyə çalışır.

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 8:3-4

Beləcə cismani təbiət üzündən gücsüz olan Qanunun edə bilmədiyini Allah etdi: Öz Oğlunu günahlı cismin bənzərində günah qurbanı olaraq göndərib günahı Onun cismi ilə məhkum etdi ki,Qanunun ədalətli tələbləri artıq cismani təbiətə görə yox, Ruha görə həyat sürən bizlərdə yerinə yetsin.

Fəsil    |  Versiyalar Kopyalayın
QANUNUN TƏKRARI 4:40

Bu gün sizə verdiyim Rəbbin qanun və əmrlərinə riayət edin ki, sizə, sizdən sonra gələn övladlarınıza xeyir gətirsin, Allahınız Rəbbin əbədi olaraq verdiyi bu torpaqda uzun ömür sürəsiniz».

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:43

Qoy həqiqət kəlamı dilimdən düşməsin, Çünki Sənin hökmlərinə ümid bağlamışam.

Fəsil    |  Versiyalar Kopyalayın
MATTA 5:19

Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq.

Fəsil    |  Versiyalar Kopyalayın
1 KORİNFLİLƏRƏ 9:21

Özüm Allahın qanunundan kənar deyil, Məsihin qanununa tabeyəmsə də, Qanundan kənar olanları əldə etmək üçün onlarla Qanundan kənar olan kimi davrandım.

Fəsil    |  Versiyalar Kopyalayın
QALATİYALILARA 2:16

Lakin biz bilirik ki, insan Qanuna əməl etməklə deyil, yalnız İsa Məsihə iman etməklə saleh sayılır. Biz də Məsih İsaya iman etdik ki, Qanuna əməl etməklə deyil, Məsihə olan imanla saleh sayılaq. Çünki Qanuna əməl etməklə heç bir insan saleh sayılmaz.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:144

Sənin göstərişlərin həmişə ədalətlidir, Mənə ağıl ver ki, yaşayım.

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 2:13

Çünki Allahın nəzərində Qanunu eşidənlər deyil, ona əməl edənlər saleh sayılır.

Fəsil    |  Versiyalar Kopyalayın
YAQUB 2:10

Çünki kim Qanunun hamısına riayət edərək birində büdrəyirsə, o bütün Qanuna qarşı təqsirkar olur.

Fəsil    |  Versiyalar Kopyalayın
1 YƏHYA 3:4

Günah edən hər kəs Qanunu da pozar, çünki günah Qanunu pozmaqdır.

Fəsil    |  Versiyalar Kopyalayın
QANUNUN TƏKRARI 17:18-20

Padşah taxta çıxandan sonra Levili kahinlərin nəzarəti altında bu Qanundan bir surətini özü üçün kitaba köçürsün.Qoy o, Qanunun bu surətini yanında saxlayaraq ömrü boyu hər gün oxusun. Bununla da padşah Allahınız Rəbdən qorxmağı, bu Qanunun bütün sözlərinə və bu qaydalara diqqətlə əməl etməyi öyrənsin.Özünü soydaşlarından üstün tutmasın, əmrdən nə sağa, nə də sola dönsün. Onda İsraildə özünün və nəslinin padşahlıq dövrü uzun olar.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:31

Sənin göstərişlərindən yapışmışam, Ya Rəbb, qoyma xəcalətli qalım.

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 7:22

Bir yandan daxili varlığım Allahın qanunundan zövq alır.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:26

Keçdiyim yolları Sənə bəlli edəndə cavab verdin, Mənə qaydalarını öyrət.

Fəsil    |  Versiyalar Kopyalayın
MATTA 15:3

İsa cavabında onlara dedi: «Bəs siz nə üçün öz adət-ənənəniz naminə Allahın əmrini pozursunuz?

Fəsil    |  Versiyalar Kopyalayın
QALATİYALILARA 5:4

Ey Qanun vasitəsilə saleh sayılmaq istəyənlər, siz Məsihdən ayrıldınız, Allahın lütfündən uzaq düşdünüz.

Fəsil    |  Versiyalar Kopyalayın
İBRANİLƏRƏ 7:12

Çünki kahinlik dəyişiləndə Qanunun da dəyişilməsinə ehtiyac var.

Fəsil    |  Versiyalar Kopyalayın
QANUNUN TƏKRARI 6:24

Allahımız Rəbb bütün bu qaydalara əməl etməyi və Ondan qorxmağı bizə ona görə buyurdu ki, həmişə güzəranımız xoş olsun, bugünkü kimi bizi sağ saxlasın.

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 3:31

Onda biz iman vasitəsilə Qanunu ləğv edirikmi? Əsla! Əksinə, onu bir daha təsdiq edirik.

Fəsil    |  Versiyalar Kopyalayın
KOLOSSELİLƏRƏ 2:14

tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü.

Fəsil    |  Versiyalar Kopyalayın
1 TİMOTEYƏ 1:8

Biz bilirik ki, kimsə Qanundan qanuni şəkildə istifadə edərsə, Qanun yaxşıdır.

Fəsil    |  Versiyalar Kopyalayın
SÜLEYMANIN MƏSƏLLƏRİ 13:13

Öyüdə xor baxan öz canını həlak edər, Əmrə ehtiram edənlərə mükafat verilər.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:120

Zəhmindən bədənim lərzəyə gəlir, Hökmlərindən çox qorxuram.

Fəsil    |  Versiyalar Kopyalayın
YEŞAYA 42:21

Rəbb Öz salehliyi naminə Qanununu ucaldıb izzətləndirməkdən xoşlandı.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 37:31

Çünki Allahın qanunu ürəyindədir, Ayaqları büdrəmir.

Fəsil    |  Versiyalar Kopyalayın
MATTA 7:12

İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur.

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 1:32

Hərçənd ki belə işlərlə məşğul olanların ölümə layiq olduğu barədə Allahın ədalətli hökmünü bilirlər, amma yenə də bu işləri görürlər, hətta belə işlər görən başqalarını da alqışlayırlar.

Fəsil    |  Versiyalar Kopyalayın
QANUNUN TƏKRARI 28:1-2

Əgər Allahınız Rəbbin sözlərinə yaxşı-yaxşı qulaq asıb bu gün sizə buyurduğum bütün əmrlərinə riayət etsəniz, Allahınız Rəbb sizi yer üzündəki bütün millətlərdən üstün edəcək.Allahınız Rəbbin sözünü dinləsəniz, bütün bu xeyir-dualar sizə gələcək və üzərinizdə qalacaq.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:160

Sözlərinin mahiyyəti həqiqətdir, Bütün ədalətli hökmlərin əbədidir.

Fəsil    |  Versiyalar Kopyalayın
QALATİYALILARA 3:19

Bəs Qanun nə üçündür? Qanun Əhdi pozanları təqsirləndirmək üçün əlavə olundu. Vədi alan və İbrahimin nəslindən olan Şəxs gələnə qədər qüvvədə qalmalı idi. Mələklər vasitəsilə, bir vasitəçi əli ilə tərtib edildi.

Fəsil    |  Versiyalar Kopyalayın
MATTA 12:28

Lakin Mən cinləri Allahın Ruhu ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib.

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 2:14-15

Beləcə Qanuna malik olmayan başqa millətlər təbiətlərinə görə Qanuna əməl edəndə Qanuna malik olmadıqları halda onlar özləri üçün qanun olur.Onlar bununla göstərirlər ki, Qanunun tələbləri ürəklərində yazılıb. Onların vicdanı buna şahiddir, düşüncələri də onları gah ittiham, gah da müdafiə edir.

Fəsil    |  Versiyalar Kopyalayın
YAQUB 2:8

Əgər siz «qonşunu özün kimi sev» deyən Müqəddəs Yazıya görə Padşahınız Allahın qanununa həqiqətən əməl edirsinizsə, yaxşı edirsiniz.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 103:17-18

Rəbbin isə Ondan qorxanlara olan məhəbbəti, Onların övladlarına olan salehliyi Əzəldən var, bu əbədi qalacaq.Onun əhdinə vəfa edənlərə bunları göstərir, Qayda-qanunlarını yerinə yetirənləri unutmur.

Fəsil    |  Versiyalar Kopyalayın
YEŞAYA 8:20

Allahın təliminə, şəhadətinə sarı dönün! Əgər onlar Allahın kəlamı ilə danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq.

Fəsil    |  Versiyalar Kopyalayın
İBRANİLƏRƏ 12:14

Hamı ilə birlikdə sülh içində yaşamağa və müqəddəs olmağa can atın, çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək.

Fəsil    |  Versiyalar Kopyalayın
ÇIXIŞ 12:49

Yerli üçün də, yanınızda yaşayan yadelli üçün də qanun eynidir».

Fəsil    |  Versiyalar Kopyalayın
QANUNUN TƏKRARI 31:9-13

Musa bu qanunu yazıb sonra Rəbbin Əhd sandığını aparan Levili kahinlərə və bütün İsrail ağsaqqallarına verdi.Sonra onlara belə buyurdu: «Hər yeddi ilin sonunda, borcların bağışlanma ilində, Çardaqlar bayramında,bütün İsraillilər Allahınız Rəbbin hüzurunda olmaq üçün Onun seçəcəyi yerə gələndə bu qanunu İsraillilərə oxuyun.Xalqın kişi, qadın və uşaqlarını, həmçinin şəhərinizdə yaşayan yadelliləri toplayın. Qoy hamı eşidib öyrənsin və Allahınız Rəbdən qorxub Qanunun bütün sözlərinə diqqətlə əməl etsin.Qoy qanunu bilməyən uşaqlar da eşitsinlər və mülk olaraq almaq üçün İordan çayından keçib gedəcəyiniz ölkədə ömür boyu Allahınız Rəbdən qorxmağı öyrənsinlər».

Fəsil    |  Versiyalar Kopyalayın
MATTA 5:48

Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 10:4

Məsih Qanunun sonu olub ki, iman gətirən hər kəs saleh sayılsın.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:46

Padşahların hüzurunda göstərişlərindən danışacağam, Bundan utanmayacağam.

Fəsil    |  Versiyalar Kopyalayın
YEŞAYA 56:1

Rəbb belə deyir: «Ədaləti qoruyun, salehliyə əməl edin. Çünki xilasım yaxındadır, Salehliyim tezliklə aşkar olunacaq.

Fəsil    |  Versiyalar Kopyalayın
SÜLEYMANIN MƏSƏLLƏRİ 3:1-2

Oğlum, təlimimi unutma, Qoy qəlbin əmrlərimə bağlansın.Onlar ömrünü uzadar, Həyatına illər, firavanlıq artırar.

Fəsil    |  Versiyalar Kopyalayın
1 YƏHYA 5:2-3

Biz Allahın övladlarını sevdiyimizi bundan anlayırıq ki, Allahı sevib Onun əmrlərinə əməl edirik.Çünki Allah məhəbbəti Onun əmrlərinə riayət etməyimizi tələb edir. Onun əmrləri isə ağır deyil.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:59

Tutduğum yollara nəzər salmışam, Hər addımımı göstərişlərinə tərəf yönəltmişəm.

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 14:17

Çünki Allahın Padşahlığı yemək-içməkdən ibarət deyil, Müqəddəs Ruhda salehlik, sülh və sevincdən ibarətdir.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 19:8

Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir, Rəbbin əmrləri pakdır, gözləri aydın edir.

Fəsil    |  Versiyalar Kopyalayın
QALATİYALILARA 5:13

Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani təbiət üçün fürsətə çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:36

Qəlbimi haram qazanca deyil, Göstərişlərinə tərəf yönəlt.

Fəsil    |  Versiyalar Kopyalayın
YEŞAYA 54:10

Dağlar yerini dəyişsə də, Təpələr sarsılsa da, Sənə olan məhəbbətim dəyişməz, Sülh əhdim sarsılmaz». Bunu sənə rəhm edən Rəbb deyir.

Fəsil    |  Versiyalar Kopyalayın
KOLOSSELİLƏRƏ 3:16-17

Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun.Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:77

Mənə mərhəmət et ki, yaşayım, Çünki qanunundan zövq alıram.

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 13:1-2

Hər kəs başçılıq edən hakimiyyətlərə tabe olsun. Çünki Allah tərəfindən təyin olunmayan hakimiyyət yoxdur; mövcud olan hakimiyyətlər Allah tərəfindən təyin olunub.Buna görə də hakimiyyətə qarşı çıxan adam Allahın təyin etdiyinin əleyhinə çıxır və əleyhinə çıxan belələri özlərini mühakiməyə düçar edir.

Fəsil    |  Versiyalar Kopyalayın
1 KORİNFLİLƏRƏ 6:12

«Mənim üçün hər şeyə icazə var» deyirsiniz, lakin hər şey xeyir vermir. Mən də «hər şeyə icazə var» deyə bilərəm, amma özümü heç bir şeyə tabe etməyəcəyəm.

Fəsil    |  Versiyalar Kopyalayın
İBRANİLƏRƏ 4:12

Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırd edir.

Fəsil    |  Versiyalar Kopyalayın
MATTA 6:33

Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:89

Ya Rəbb, sözün əbədidir, Göylərdədir, dəyişməzdir.

Fəsil    |  Versiyalar Kopyalayın
ZƏBUR 119:14

Göstərişlərinin ardınca gedərkən sevinirəm, Elə bil bolluca var-dövlətə çatmışam.

Fəsil    |  Versiyalar Kopyalayın
VAİZ 12:13-14

Hər şey aşkar oldu, Nəticə bundan ibarətdir: Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur.Çünki Allah hər işi, gizli olan hər şeyi – İstər yaxşı olsun, istər pis – Mühakimə edəcək.

Fəsil    |  Versiyalar Kopyalayın
QALATİYALILARA 4:21-24

Ey Qanun altında yaşamaq istəyənlər, mənə deyin görüm, Qanunun nə dediyini eşitməmisinizmi?İbrahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu cariyədən, o biri oğlu isə azad qadından doğulmuşdu.Cariyədən doğulan bəşəri arzusundan, azad qadından doğulan isə vədə görə doğulmuşdu.Burada bir məcaz var. Çünki bu qadınlar iki Əhdi təmsil edir. Biri Sina dağındandır, köləlik üçün uşaq doğur. Bu, Həcərdir.

Fəsil    |  Versiyalar Kopyalayın
İBRANİLƏRƏ 9:1-2

Birinci Əhdin də ibadət barəsindəki qaydaları və dünyəvi Müqəddəs məkanı var idi.Bir çadır qurulmuşdu. Müqəddəs yer adlanan ilk bölmədə çıraqdan, masa və təqdis çörəkləri var idi.

Fəsil    |  Versiyalar Kopyalayın
MATTA 15:6

onda atasına hörmət etməyə bilər”. Beləliklə, siz öz adət-ənənəniz naminə Allahın kəlamını heç edirsiniz.

Fəsil    |  Versiyalar Kopyalayın
1 PETER 2:9

Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz.

Fəsil    |  Versiyalar Kopyalayın
ROMALILARA 3:23-24

Çünki hamı günah edib, Allahın izzətindən məhrum olubvə Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır.

Fəsil    |  Versiyalar Kopyalayın

Allaha dua

Şükürlər olsun ki, Sən mənim şəfa verənim, ruzimisən, qoruyansan, Sən mənim döyüşlərimi aparan və məni şöhrətdən-şöhrətə aparansan. Ey Uca Tanrım, Sənin böyük sevgin və sonsuz mərhəmətin üçün Sənə ibadət etmək və Səni ucaltmaq üçün İsanın müqəddəs adı ilə Sənə gəlirəm. Ey Padşahım, Sən məni bağışladığın, xilas etdiyin, mənə lütf gözü ilə baxdığın üçün Səni ucaldıb, Sənə şükür edirəm. Sən göydə və yerdə möcüzələr yaradırsan, dənizi iki yerə ayıran Sənsən. Ey müqəddəs İsrail Tanrısı! Ey bütün millətlər arasında ucaldılan Tanrı, onlar Sənin adını ucaldır, Sənə şükür edir və bütün adlardan uca olan adını tərifləyir, Sənin uca Padşah olduğunu elan edirlər. Ey Tanrım, Sənə yalvarıram ki, hər zaman Sənin tərifin dilimdən düşməsin. Sənin sözün deyir: "Rəbbimiz İsa Məsihin Allahı və Atası mübarək olsun! O, bizi Məsih vasitəsilə göylərdə hər cür ruhani xeyir-dualarla mübarək etdi". Sənin mərhəmətin nəsildən-nəslə davam etdiyi üçün Sənə şükürlər olsun. Sən mənim Tanrımsan, Padşahımsan və Səndən başqa xeyir yoxdur. Sən göyün və yerin yaradıcısansan, yalnız Sənin adın ucaldılır. Bütün müqəddəslərin Səni tərifləsin və sevinclə oxusun, çünki Sənin əməllərin dəniz qumu kimi saysız-hesabsızdır. İsanın adı ilə. Amin!
Bizi izlə:

Reklamlar


Reklamlar