Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ƏYYUB 5:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Səfehi qəzəb öldürər, Nadanı həsəd məhv edər.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

2 Səfehi qəzəb öldürər, Nadanı həsəd məhv edər.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

2 Сәфеһи гәэәб өлдүрәр, Наданы һәсәд мәһв едәр.

Fəsildə baxın Kopyalayın




ƏYYUB 5:2
19 Çarpaz İstinadlar  

Rəhilə Yaquba uşaq doğmadığını görəndə bacısına həsəd apardı və ərinə dedi: «Mənə uşaq ver, yoxsa ölərəm».


Onan bilirdi ki, bu nəsil ona məxsus olmayacaq. Buna görə də qardaşı arvadının yanına girəndə toxumunu yerə tökərdi ki, qardaşı üçün nəsil yetişdirməsin.


Özünü hirsindən didib-dağıdırsan. Sənə görə bu aləmdən vaz keçəkmi? Yoxsa sal qayalar yerindən çıxsın?


Səfeh dərhal qəzəbini üzə verər, Uzaqgörən şərəfsizliyin üstünü örtər.


Əmrə əməl edən canını saxlar, Yoluna baxmayan həlak olar.


Kəmhövsələ insan cəriməyə düşər, Onu qurtarsan belə, yenə də davam edər.


Daşın, qumun çəkisi ağırdır, Səfehin əsib-coşması bunların ikisindən də ağırdır.


Ey cahillər, uzaqgörən olun, Ey axmaqlar, ağıllanın.


Qəzəblənməyə tələsmə, Çünki qəzəb ağılsızların Ürəyində yuva salar.


Efrayim səfeh və dərrakəsiz bir göyərçin kimidir. Gah Misirliləri çağırır, Gah Aşşura gedirlər.


Allah Yunusa dedi: «Məgər sənin bu bitkiyə görə hirslənməyin yaxşı işdirmi?» O dedi: «Əlbəttə, yaxşıdır, elə hirsləndim ki, az qala öləm».


özlərini göstərərək həqiqətə tabe olmayıb haqsızlığa baş əyənlərə isə qəzəb və hiddət göndərəcək.


Bunların arasında evlərə soxulub zəif iradəli qadınları əsir edən adamlar var. Belə qadınlar günahla yüklənmiş müxtəlif ehtiraslarla sövq edilir,


Bizi izlə:

Reklamlar


Reklamlar