Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ƏYYUB 4:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Bəli, çoxlarına dərs verdin, Onları əlləri taqətdən düşərkən gücləndirdin.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 Bəli, çoxlarına dərs verdin, Onları əlləri taqətdən düşərkən gücləndirdin.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 Бәли, чохларына дәрс вердин, Онлары әлләри тагәтдән дүшәркән ҝүҹләндирдин.

Fəsildə baxın Kopyalayın




ƏYYUB 4:3
21 Çarpaz İstinadlar  

Çünki Mən onu seçdim ki, oğullarına və özündən sonrakı nəslinə saleh və ədalətli işlər görmək üçün Rəbbin yolu ilə getməyi tapşırsın. Rəbb də İbrahim barədə dediyi sözü yerinə yetirsin».


Yeddi gün sevinclə Mayasız Çörək bayramı keçirdilər, çünki onları sevindirən Rəbb idi. Rəbb İsrail Allahının evinin bərpasına kömək etmək üçün Aşşur padşahının ürəyində meyl yaratmışdı.


Ağzım ürəkləndirici sözlər deyərdi, Dilimdən təsəlliverici sözlər çıxarardım, Mən sizi ovudardım.


Qulaq məni eşidəndə alqışlayardı, Göz məni görəndə tərifləyərdi.


Korlara göz idim, Topallara ayaq idim,


Yoxsulların atası idim, Qəriblərin müşküllərinin qayğısına qalırdım,


İnsanlar ehtiramla məni dinlərdi, Səssizcə məsləhətimi gözlərdi.


Yıxılanları sözlərinlə qaldırdın, Dizləri əsənlərə güc verdin.


Saleh öz dili ilə çox adamı doydurar, Səfeh qanmazlığı üzündən həlak olar.


Hikmətlinin dili bilik səpələyir, Axmağın qəlbi bunu edə bilmir.


Qəlbində hikmət olan dərrakəli adlanar, Şirin dilli olan müdrikliyi artırar.


Zəif əllərə qüvvət verin, Əsən dizləri möhkəmləndirin.


Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O hər səhər qulağımı oyadır ki, Savadlı adamlar kimi dinləyə bilim.


Mənim kədərlənməsini istəmədiyim salehin ürəyini siz yalanlarla kədərləndirdiniz, pis adamın qoluna güc verdiniz ki, öz pis yolundan dönməsin və canını qurtarmasın.


O gün Yerusəlimə deyiləcək: «Qorxma, ey Sion, qoy əllərin taqətdən düşməsin!


Amma Mən imanın itməsin deyə sənin üçün dua etdim. Sən də bir zaman geri dönüb öz qardaşlarını qüvvətləndir».


Göydən bir mələk İsaya göründü və Onu qüvvətləndirdi.


Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin.


Yeşuaya əmr ver. Ona cəsarət verərək qüvvətləndir, çünki bu xalqın önündən keçərək görəcəyin torpağı irs olaraq onlar üçün Yeşua böləcək”.


Sözünüz duzlu və hər zaman lütflə dolu olsun. Beləcə hər adama necə cavab vermək lazım olduğunu biləsiniz.


Buna görə yorğun əllərinizi qaldırın və zəiflənmiş dizlərinizi gücləndirin.


Bizi izlə:

Reklamlar


Reklamlar