Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ƏYYUB 27:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 «Haqqımı əlimdən alan var olan Allaha and olsun, Canımı dərdə salan Külli-İxtiyara and olsun,

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

2 «Haqqımı əlimdən alan var olan Allaha and olsun, Canımı dərdə salan Külli-İxtiyara and olsun,

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

2 «Һаггымы әлимдән алан вар олан Аллаһа анд олсун, Ҹанымы дәрдә салан Күлли-Ихтијара анд олсун,

Fəsildə baxın Kopyalayın




ƏYYUB 27:2
26 Çarpaz İstinadlar  

Yoav dedi: «Var olan Allaha and olsun, əgər sən bu sözləri deməsəydin, həqiqətən, sabaha qədər döyüşçülər dayanmadan öz soydaşlarını təqib edəcəkdi».


Gilead sakinlərindən olan Tişbeli İlyas Axava dedi: «Önündə durduğum İsrailin Allahı var olan Rəbbə and olsun ki, mənim bir sözüm olmayınca bu illərdə şeh və yağış olmayacaq».


İlyas dedi: «Önündə durduğum var olan Ordular Rəbbinə and olsun ki, bu gün hökmən ona görünəcəyəm». İlyas Karmel dağında


Qadın dağa çıxıb Allah adamının yanına gəldi və onun ayaqlarına sarıldı. Gehazi onu geri itələmək üçün yaxınlaşdı, ancaq Allah adamı dedi: «Onu burax, çünki ürəyi kədərlidir, ancaq Rəbb bunun səbəbini gizlətdi və mənə bildirmədi».


Məni incitmək, Əllərinin işini xor görmək, Pislərin niyyətlərinə işıq vermək Sənə xoşdurmu?


Allah məni haqsızlara təslim etdi, Pislərin əlinə verdi.


Amma bilin ki, Allah mənə haqsızlıq etdi, Hər tərəfdən məni toruna saldı.


Allah qəlbimin cəsarətini qırdı, Külli-İxtiyar məni qorxuya saldı.


Çünki Əyyub deyir: “Mən günahsızam, Allah isə əlimdən haqqımı aldı.


«Allah önündə haqlı olduğunu deyirsən. Bunun doğru olduğunumu düşünürsən?


Sənmi ədalətimi boşa çıxaracaqsan? Özünə haqq qazandırmaq üçün sənmi Məni günahlandıracaqsan?


Çünki tufanla məni əzir, Nahaq yerə yaralarımı çoxaldır,


Məni nəfəs almağa qoymur, Məni acılarla cana doydurur,


Ey Yaqub nəsli, ey İsrail! Nə üçün «Rəbb başıma gələnləri bilmir, Allahım mənim haqqıma diqqətsizlik edir?» Deyib gileylənirsən?


Əgər onlar xalqımın yolunu yaxşı öyrənsələr, xalqımı Baal adı ilə and içməyi öyrətdikləri kimi “var olan Rəbbə and olsun” deyib Mənim adımla and içsələr, o zaman xalqımın arasında sakin olacaqlar.


Həqiqət, ədalət və doğruluqla “Var olan Rəbbə and olsun!” deyə and içsən, O zaman millətlər Rəbb vasitəsilə bərəkət alacaq, Onunla öyünəcək».


Onlar “var olan Allaha and olsun” desələr də, Yalandan and içirlər».


Onlara de: “Varlığıma and olsun, pis adamın ölümündən yox, onun öz yolundan dönüb yaşamasından zövq alıram” Xudavənd Rəbb bəyan edir. “Dönün, pis yollarınızdan dönün. Nə üçün öləsiniz, ey İsrail nəsli?”


amma Varlığıma və Rəbbin bütün dünyanı dolduran izzətinə and olsun ki,


Bu gecəni qal, sabah əgər o adam sənə qəyyum olmaq istəsə, çox yaxşı, qoy olsun. Yox, əgər bundan imtina etsə, var olan Rəbb haqqı, sənin qəyyumun mən özüm olacağam. Hələlik sabaha qədər yat».


Çünki İsraili qurtaran, var olan Rəbbə and olsun, bu işdə oğlum Yonatan təqsirkar olsa belə, mütləq ölməlidir». Lakin xalq arasından ona cavab verən olmadı.


Xalq Şaula belə dedi: «İsraildə belə böyük qurtuluş zəfəri çalan Yonatanmı öləcək? Əsla! Var olan Rəbbə and olsun, onun başından bir tük belə, yerə düşməyəcək. Çünki bu gün o, Allahın köməyi ilə iş gördü». Beləliklə, xalq Yonatanı qurtardı və o ölmədi.


Sonra “get oxları tap” deyərək bir uşaq göndərəcəyəm. Bax əgər uşağa “oxlar burada – sənin yanındadır, get onları oradan götür” desəm, yanıma gəl, çünki sənin üçün salamatlıqdır və var olan Rəbbə and olsun, heç bir şey yoxdur.


Madam ki Rəbb səni indi qana batmaqdan və öz əlinlə qisas almaqdan saxladı, var olan Rəbbə və canına and olsun, ağamın düşmənləri və bədxahları Naval kimi olsun.


Həqiqətən, məni sizə pislik etməkdən sən saxladın, İsrailin Allahı var olan Rəbbə and olsun, əgər cəld tərpənib mənim qarşıma çıxmasaydın, mütləq səhər işığına qədər Navalın divar isladanlarından – kişilərindən biri də sağ qalmayacaqdı».


Bizi izlə:

Reklamlar


Reklamlar