Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ƏYYUB 24:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 Baxın kasıblar vəhşi eşşəklər kimi Yemək tapmaq üçün ertədən işə çıxır, Övladları üçün çöldə çörək axtarır.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

5 Baxın kasıblar vəhşi eşşəklər kimi Yemək tapmaq üçün ertədən işə çıxır, Övladları üçün çöldə çörək axtarır.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

5 Бахын касыблар вәһши ешшәкләр кими Јемәк тапмаг үчүн ертәдән ишә чыхыр, Өвладлары үчүн чөлдә чөрәк ахтарыр.

Fəsildə baxın Kopyalayın




ƏYYUB 24:5
16 Çarpaz İstinadlar  

O, insanlar arasında Vəhşi eşşək kimi olacaq: O hamıya, Hamı isə ona qarşı çıxacaq, Bütün qardaşları ilə yola getməyərək yaşayacaq».


Qılıncınla yaşayıb Qardaşına qulluq edəcəksən. Amma azad olmaq istəyəndə Onun boyunduruğunu Boynundan qırıb atacaqsan».


Soyğunçuların çadırlarında rahatlıq var, Allahı qəzəbləndirənlər əmin-amanlıqdadır, Axı onlar Allaha yox, öz qollarına arxalanır.


Qatil gün batanda qalxır, Fəqiri, yoxsulu öldürür, Gecə oğrusuna bənzəyir.


Zəmilərdən yem yığırlar, Pislərin üzüm bağından üzüm qalıqlarını toplayırlar.


Məhsullarını aclar yeyir, Tikanlar arasında olanlarını belə, yığırlar, Susayanlar sərvətini udmaq istəyir.


Çünki şər adamlar pislik etməsələr, Yata bilməzlər. Kimisə yıxmasalar, yuxuları qaçar.


Şəhvətlə havanı iyləyən, səhraya öyrəşmiş vəhşi eşşək kimisən. Qızanda onu kim saxlaya bilər? Onu istəyənlər özlərini yormaz, cütləşmə vaxtı onu tapar.


Pusquda yatarkən Ürəkləri soba kimi qızar. Qəzəbləri bütün gecə için-için yanar, Səhər də alovlu atəş kimi parlayar.


Onlar tənha gəzən vəhşi eşşək kimi Aşşur tərəfə getdi. Efrayim muzdla özünə oynaşlar tutdu.


Yatağında şər niyyətdə olanların, Yamanlıq üçün qəsd quranların vay halına! Onların gücü buna çatdığına görə Ona səhər tezdən əməl edirlər!


Başçıları nərildəyən aslanlara bənzəyir, Hakimləri axşam gəzən ac qurdlar kimi Səhərə qədər bir şey qoymaz.


Sonra Yəhudi başçıları İsanı Qayafanın yanından vali sarayına apardılar. Səhər açılırdı. Amma özləri vali sarayına girmədilər ki, murdar olmasınlar və Pasxa yeməyini yeyə bilsinlər.


Səhər açılanda Yəhudilər öz aralarında Paula sui-qəsd hazırlayaraq and içdilər: «Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!»


Bizi izlə:

Reklamlar


Reklamlar