Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ƏYYUB 2:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Arvadı ona dedi: «Yenə də kamil olaraq qalacaqsan? Lənət et Allaha, öl qurtar!»

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

9 Arvadı ona dedi: «Yenə də kamil olaraq qalacaqsan? Lənət et Allaha, öl qurtar!»

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

9 Арвады она деди: «Јенә дә камил олараг галаҹагсан? Ләнәт ет Аллаһа, өл гуртар!»

Fəsildə baxın Kopyalayın




ƏYYUB 2:9
13 Çarpaz İstinadlar  

Adəm dedi: «Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim».


Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi.


Onlar Süleymanın qocalıq çağında onun ürəyini başqa allahlara tərəf azdırdılar və onun ürəyi atası Davuddan fərqli olaraq Allahı Rəbbə sadiq deyildi.


Elişa hələ danışarkən qasid onun yanına gəlib dedi: «Bax bu bəlanı göndərən Rəbdir. Nə üçün daha Rəbdən kömək gözləyək?»


İndi bir əl uzadıb onun var-yoxunu əlindən al, o, gözünün qabağında mütləq Sənə lənət edəcək».


Əyyub cavab verdi: «Lap nadan arvadlar kimi danışırsan. Nə oldu, Allahdan yaxşılığı qəbul edək, pisliyi qəbul etməyək?» Bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazandıran bir kəlmə də demədi.


Rəbb dedi: «Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır. Məni vadar etdin ki, boş yerə onu məhv edim, amma o hələ kamil olaraq qalıb».


Əlini uzadıb onun ətinə və sümüyünə toxun, o, gözünün qabağında mütləq Sənə lənət edəcək».


Əyyub çibanlarını qaşımaq üçün bir saxsı parçası götürdü və kül içində oturdu.


Allahın adına küfr və lənət etdi. O adamı Musanın yanına gətirdilər. Onun anası Dan qəbiləsindən Dibri qızı Şelomit idi.


Siz dediniz: “Allaha xidmət etmək faydasızdır. Ordular Rəbbinin buyruğunu yerinə yetirsək də, Onun önündə yas içində gəzsək də, bunlardan bizə nə xeyir oldu?


Yeddi gün ziyafət davam edə-edə qadın onun qarşısında ağladı. Yeddinci gün Şimşon tapmacanın açmasını arvadına dedi, çünki qadın onu cana gətirmişdi. Qadın da gedib tapmacanın cavabını öz xalqına söylədi.


Bizi izlə:

Reklamlar


Reklamlar