Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ƏYYUB 2:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 Əyyubun üç dostu – Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar onun başına gələn bütün bəlaları eşidərkən üçü də yaşadıqları yerdən çıxıb bir yerdə görüşdü. Onun dərdinə şərik olmaq və onu ovutmaq üçün yanına gəldilər.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

11 Əyyubun üç dostu – Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar onun başına gələn bütün bəlaları eşidərkən üçü də yaşadıqları yerdən çıxıb bir yerdə görüşdü. Onun dərdinə şərik olmaq və onu ovutmaq üçün yanına gəldilər.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

11 Әјјубун үч досту – Теманлы Елифаэ, Шуаһлы Билдад вә Нааматлы Софар онун башына ҝәлән бүтүн бәлалары ешидәркән үчү дә јашадыглары јердән чыхыб бир јердә ҝөрүшдү. Онун дәрдинә шәрик олмаг вә ону овутмаг үчүн јанына ҝәлдиләр.

Fəsildə baxın Kopyalayın




ƏYYUB 2:11
34 Çarpaz İstinadlar  

Qetura ona bunları doğdu: Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuah.


Elifazın oğulları: Teman, Omar, Sefo, Qatam və Qenaz.


Esav oğullarının başçıları bunlardır: Esavın ilk oğlu Elifazın oğulları: başçı Teman, başçı Omar, başçı Sefo, başçı Qenaz,


Yovav öldü və onun yerinə Temanlıların torpağından olan Xuşam padşah oldu.


Bütün oğulları və qızları ona təsəlli vermək üçün yığışdı, ancaq o təsəlli tapmaq istəməyib dedi: «Kədərlə oğlumun yanına – ölülər diyarına enəcəyəm». Beləcə atası onun üçün ağladı.


İbrahimin cariyəsi Qeturanın doğduğu oğullar bunlardır: Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuah. Yoqşanın oğulları: Səba və Dedan.


Yovav öldü və onun yerinə Temanlıların torpağından olan Xuşam padşah oldu.


Ataları Efrayim uzun müddət onlara yas tutdu və qohumları ona təsəlli vermək üçün gəldi.


Naamatlı Sofar belə cavab verdi:


Sizlərsə yalandan mala çəkirsiniz, Hamınız dəyərsiz həkimlərsiniz.


Temanlı Elifaz belə cavab verdi:


«Bu cür sözləri çox eşitmişəm, Hamınız adamincidən təsəlliçilərsiniz.


Dostlarım məni ələ salır, Gözlərim Allaha baxıb ağlayır.


Şuahlı Bildad belə cavab verdi:


Bütün səmimi dostlarım belə, məndən ikrah edir, Əzizlərim belə, əleyhimə çıxır.


Aman, ey dostlarım, aman, Allahın əli məni vurdu!


Temanlı Elifaz belə cavab verdi:


Əyyubun bütün qardaşları, bacıları və bütün əvvəlki dost-tanışları yanına gəlib evində onunla çörək yedi və dərdinə şərik oldular. Rəbbin onun başına gətirdiyi bütün bəlalara görə ona təsəlli verdilər. Hər biri ona bir parça gümüş və bir qızıl halqa verdi.


Rəbb Əyyuba bu sözləri deyəndən sonra Temanlı Elifaza dedi: «Sənə və iki dostuna qarşı qəzəbdən alışıb-yandım. Çünki siz qulum Əyyub kimi Mənim haqqımda doğru olanı demədiniz.


Beləcə Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar gedib Rəbbin onlara dediklərinə əməl etdi. Rəbb də Əyyubun duasını qəbul etdi.


İnsan Külli-İxtiyarın qorxusundan vaz keçsə belə, Çarəsiz qalanda ona dostun sədaqəti gərəkdir.


Temanın karvanları su axtarar, Səbadan gələn səyyahlar ora ümid bağlar.


Şuahlı Bildad belə cavab verdi:


Dost hər zaman sevər, Qardaş dar gün üçün doğular.


Dost çoxaldan öz-özünü yıxar, Amma qardaşdan daha yaxın dost da var.


Həm öz dostunu, həm də atanın dostunu tərk etmə, Dara düşəndə qardaşının evinə getmə. Yaxın qonşu uzaq qohumdan yaxşıdır.


Bu iki bəla sənin başına gəldi, Dərdinə kim şərik olacaq? Qarət, dağıntı, qıtlıq və qılınc! Sənə necə təsəlli verim?


Edom barədə Ordular Rəbbi belə deyir: «Teman şəhərində müdriklik qalmadımı? Ağıllı adamların nəsihəti tükəndimi? Onların müdrikliyi söndümü?


Ey Teman, igid adamların elə qorxuya düşəcək ki, Esav dağlarının hər sakini qırğında öldürüləcək.


Bir çox Yəhudi Marta və Məryəmə qardaşlarının ölümünə görə təsəlli verməyə gəlmişdi.


Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın.


Buna görə əgər bir üzv əzab çəkirsə, başqaları da onunla birgə əzab çəkir. Üzvlərdən biri şərəfə çatırsa, başqaları da onunla birgə sevinir.


Özünüzü həbsdə olanların yerinə qoyaraq onları yada salın. Əzab-əziyyət içində olanları da elə xatırlayın ki, sanki özünüz onlarla birgə əzab-əziyyət çəkirsiniz.


Gederot, Bet-Daqon, Naama və Maqqeda. Bunlar da kəndləri ilə birlikdə on altı şəhər idi.


Bizi izlə:

Reklamlar


Reklamlar